Həkimdən çağırış:"Kondisioner də istivurmaya səbəb olur"




"İnsanlara kondisionerdən istifadə etməməyi məsləhət görürəm". 

Bu sözləri "Sherg.az"-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O, bununla bağlı əhaliyə çağırış edib : 

"Çoxları kondisioneri aşağı temperaturda bütün gün işlədir. Kondisioneri mütəmadi olaraq söndürmək lazımdır. Bədən temperaturunun həddindən artıq soyumasına imkan verməməliyik. Adətən kondisionerin sərinliyindən istiyə çıxdıqda daha çox istivurma baş verir. Bədən temperaturunun uyğunlaşa bilməməyindən dolayı səhhətimizdə problemlər yaşana bilər”.

Aysel Aslan