Zirvə görüşündə Putin kifayət qədər hücumçu mövqe sərgiləyərək, Rusiyanın ambissiyalarını güzəştə hazır olmadıqlarını göstərdi
Helsinki görüşü ABŞ-a lazım deyildi
07:51 19.07.2018
Arxiv
840
Trampın siyasi karyerasının sonu olacaq
Zirvə görüşündə Putin kifayət qədər hücumçu mövqe sərgiləyərək, Rusiyanın ambissiyalarını güzəştə hazır olmadıqlarını göstərdi
Zirvə görüşündə Putin kifayət qədər hücumçu mövqe sərgiləyərək, Rusiyanın ambissiyalarını güzəştə hazır olmadıqlarını göstərdi
"Ötən gün beynəlxalq birlik iki nüvə dövlətinin - ABŞ və Rusiya liderlərinin görüşünə şahidlik etdi. Bu görüş dünyada ümumi təhlükəsizliyi təmin etmək və qlobal böhranları çözmək baxımından xüsusi əhəmiyyətə malik idi. Lakin təəssüflər olsun ki, Ağ Ev və Moskvanın maraqlarının kəskin toqquşduğu dünya siyasi konyukturasında sabitliyi yaxın perspektivdə təmin etmək mümkün görünmür”.
Bunu "Şərq”ə açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. Donald Tramp və Vladimir Putin arasında baş tutan görüşlə bağlı fikirlərini bəyan edən politoloq bildirib ki, ABŞ-ın Rusiya sərhədlərinə yaxınlaşması və Kremlin arxa bağça hesab etdiyi MDB ölkələrini təsir orbitinə salmaq siyasəti iki ölkə arasında dərinləşən böhranın əsas səbəbləridir:
"Zirvə görüşündən müsbət nəticələr əldə olunmasa da, iki fövqəldövlətin gərginləşən böhran fonunda dialoqu müsbət tendensiyadır. Lliderlərin görüşündə əsasən Suriya, İran və Ukrayna problemləri əsas müzakirə predmeti olub. Aydındır ki, tərəflər arasında siyasi və iqtisadi əlaqələrin inkişafı bu problemlərin həllindən keçir. ABŞ və Rusiya məhz Suriya məsələsində müəyyən dərəcədə koordinasiyalı fəaliyyət göstərərək, əməkdaşlıq edirlər. O baxımdan Suriya məsələsində razılaşmanın əldə olunması istisna edilməməlidir. Amma Ukrayna və İran məsələsi ziddiyyətli olaraq qalır. Rusiya Ukrayna problemində güzəştə hazır deyil və İranı da tezliklə ABŞ-a təslim etmək istəmir”.
Analitikin sözlərinə görə, zirvə görüşündə Putin kifayət qədər hücumçu mövqe sərgiləyərək, Rusiyanın ambissiyalarını güzəştə hazır olmadıqlarını göstərdi: "Görüş Tramp üçün uğursuz və Putin üçün uğurlu sayıla bilər. Baxmayaraq ki, iki ölkənin maraqlarının toqquşduğu məsələlərdə yenə də razılıq əldə olunmadı. Lakin Putinin Tramp üzərində psixoloji üstünlüyü, Ağ Ev rəhbərinin öz ölkəsindəki əleyhdarlarının əlinə ciddi kartlar vermiş oldu”.
Politoloqa görə, ümumiyyətlə, Helsinki görüşü ABŞ-a lazım deyildi:
"Yaxın Şərqdə və Ukrayna ətrafında ziddiyyətli situasiya davam edir. Ağ Ev Rusiyaya qarşı sanksiyaları genişləndirməkdədir. Belə məqamda baş tutan görüşdə sadəcə Trampın Putinə heyran olduğu təsdiq olundu və onun ikinci dönəm üçün prezidentlik arzusu suya düşdü. ABŞ-a bu qədər baş ağrısı gətirən şəxsi ikinci dəfə prezident kürsüsündə əyləşdirməzlər. Tramp Amerikanın biznes elitasının nümayəndəsi olaraq, yəhudi lobbisinin dəstəyi ilə hakimiyyətə gəlib və biznes maraqlarından çıxış edir. Məncə, Helsinki Zirvə görüşü Trampın siyasi karyerasının sonu olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət