Hər 7 məhbusdan biri narkotikə görə həbsdədir - Azərbaycanda
08:58 04.03.2017
Arxiv
512
"Azərbaycanda həbs olunanlardan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham olunur".
APA-nın məlumatına görə, bunu Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov deyib.
O bildirib ki, hakimlər bu cür məsələlərdə diqqətli olmalıdır: "Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlərin 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur. Üç gün əvvəl 65 məhkum bizə müraciət edib. Onlar da oxuyurlar fərmanları, görürlər ki, prezidentin mövqeyi məhkumların vəziyyətinin humanistləşməsinə yönəlib. Onlar xahiş edirlər ki, azad olunmalarına yardım göstərilsin. Bəziləri bildirirlər ki, qanunsuz yerə məhkum olunublar. Biz də baxılmış işləri təhlil edəndə, görürük ki, polislər yenə də plan doldurmaqla məşğuldurlar. Cinayət təqibi orqanlarını başa salmalıyıq ki, belə olmaz. Narkomandırsa, narkotik dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb olunsun. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və həmişə "kalpak” altında saxlanılırsa ki, lazım olanda həbs olunsun, bu düzgün deyil. Nəyə lazımdır bu? Mən hakimlərdən xahiş edirəm diqqətlə yanaşsınlar buna. Qanunsuz azadlıqdan məhrum etmə hallarına yol verilməsin. Bəli, əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və biz bunu alqışlayırıq. Lakin hakimlər hər zaman cəsarətli olmurlar. Qanunsuz, əsassız hökm çıxarmaq olmaz. Əsaslı hökmlərin çıxarılmasına nail olun".
Advertising 10
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya