Hərbi vəziyyətdə avtobuslar necə işləyəcək? - RƏSMİ CAVAB
14:09 28.09.2020
Arxiv
428
Sentyabrın 28-dən qüvvəyə minən hərbi vəziyyət müddətində Bakı şəhəri üzrə ictimai nəqliyyat xidmətlərinin göstərilməsi və sərnişindaşımalarda fasiləsizliyin pozulmaması məqsədilə zəruri tədbirlər görülür.
Bu barədə "Sherg.az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, pandemiya zamanı olduğu kimi hərbi vəziyyət müddətində də sərnişinlərin, xüsusilə həyat əhəmiyyətli strateji sahələrdə, o cümlədən ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən müəssisələrdə işləyən şəxslərin avtobuslarla daşınması təmin olunacaq.
Metro ilə sərnişindaşımaların adi rejimdə (06:00-dan 00:00-dək) təşkilini nəzərə alaraq, sərnişinlərin bir nəqliyyat növündən digərinə keçidinin təmin edilməsi məqsədilə avtobusların fəaliyyəti də eyni qaydada təşkil ediləcək. Yəni ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma xidmətinin təşklində hər hansı dəyişiklik olunmayacaq. Avtobuslar əvvəlki günlərdə olduğu kimi, adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.
Lakin hərbi vəziyyətin davam etdiyi qarşıdakı günlərdə sərnişindaşımaların təşkilinə dair statistik təhlillər aparılacaq. Əldə olunan nəticələrə uyğun olaraq komendant saatı müddətində (saat 21:00-dan sonra) marşrut xətləri üzrə avtobusların sayı, hərəkət cədvəli və intervalı ilə bağlı dəyişikliklər edilməsi istisna edilmir. Planlaşdırılan dəyişikliklər barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə