“Həyat yoldaşımın da səhhəti yaxşı deyil”

Rasim Balayev: “Amma ona görə niyə harasa müraciət etməliyəm?”
“Həyat yoldaşımın xəstəxana xərclərini ailə büdcəmizlə inşallah ödəyərik”



Xalq artisti Rasim Balayevin səhhətində problem yaranıb. Ötən gün şəhər klinikalarından birində görünən Rasim Balayevin görüntüləri sosial şəbəkələrdə yayılıb. Sosial mediada görülən şəkillərdən də yadın görünür ki, Xalq artisti xeyli çəki itirib. Bir müddətdir mədəsində yaranan ağrıdan əziyyət çəkən Rasim Balayev hazırda müalicə kursu keçdiyini dedi:
 "Mədə ağrılarından əziyyət çəkirəm. Müalicə alıram. Xəstəxanaya isə yoldaşımı gətirmişdim. Özümlə bərabər, həyat yoldaşımın da səhhəti yaxşı deyil. Həyat yoldaşım ayaqlarında yaranan ağrıdan əziyyət çəkir. İnşallah, əməliyyata hazırlaşırıq. Əvvəl Moskva və ya Gürcüstana getməyi düşünürdük. Amma bu fikirdən daşındıq. Əməliyyatı Bakıda etməyə qərar verdik”.

Səhhəti barədə "Şərq”ə danışan Xalq artisti "Mətbuat mənim səhhətimlə həmişə maraqlanıb. Buna görə jurnalistlərə təşəkkür edirəm. Müalicələrim davam edir. Məndən soruşurlar ki, müalicə üçün harasa müalicə etmisiz? Yoldaşınız da əməliyyat olacaq, maddi vəziyyətiniz əməliyyat parasını ödəməyə yetirmi? Mən özümə görə bəlkə də dövlət qürumlarına müraciət edərəm. Amma yoldaşıma görə niyə kiməsə müraciət etməliyəm? Həyat yoldaşımın xəstəxana xərclərini ailə büdcəmizlə inşallah ödəyərik. Qaldı mənə, indiyə qədər səhhətimlə bağlı harasa müraciət etməmişəm ki, kömək edin, məni harasa müalicə üçün göndərin. Şükür, özümü indi babat hiss edirəm. Müalicə alıram, dərmanlarımın da pulunu birtəhər düzəldib ödəyirəm. Heç kimə, heç yerə də müraciət etməmişəm. Bilmirəm, həyatdı bəlkə nə vaxtsa müraciət edə bilərəm. Amma bu günə qədər heç kimin qapısını döyüb kömək istəməmişəm”.

Tahirə