Heydər Camal vəfat etdi - Yenilənib




"İslam Komitəsinin" rəhbəri Heydər Camal Almatıda dəfn olunacaq.

AzVision.az xəbər verir ki, bu barədə "Qovorit Moskva" radiostansiyasına müsahibəsində jurnalist Maksim Şevçenko bildirib.

Şevçenkonun sözlərinə görə, Heydər Camal müalicə aldığı Almatı şəhərində vəfat edib.

***

09:47

Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq Heydər Camal 70 yaşında dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu barədə onun "Facebook” səhifəsində məlumat yerləşdirilib.

Qeyd edək ki, Heydər Camal 6 noyabr 1947-ci ildə Moskvada doğulub. Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb.

O, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.

Heydər Camal bir neçə kitabın müəllifidir.