Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə Yeni il sovqatları göndərib
05:58 30.12.2020
Arxiv
357
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri üçün şənlik təşkil edir.
Heydər Əliyev Fondundan verilən xəbərə görə, bu il COVID-19 pandemiyası ilə əlaqədar şənliyin təşkil olunması xüsusi karantin rejiminin qaydalarına uyğun olmadığından Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edib.
Uşaq evləri və internat məktəblərində tərbiyə alanları sevindirmək üçün Heydər Əliyev Fondunun nümayəndələri uşaqların qaldıqları müəssisələrə gedərək, onlara bayram sovqatları çatdırıblar.
Hər zaman Heydər Əliyev Fondunun təşkil etdiyi aksiyaları səbirsizliklə gözləyən və böyük sevinclə qarşılayan uşaqlarda bu il də bayram əhval-ruhiyyəsi yaratmaq üçün Heydər Əliyev Fondu təşkil etdiyi hədiyyələri onların zövqünə və istəklərinə uyğun hazırlayıb. Uşaqlara 2021-ci ilin rəmzi olan yumşaq oyuncaqlar, onların ən çox sevdikləri şirniyyatlar və leqo konstruktorları təqdim edilib.
Heydər Əliyev Fondunun sovqatları Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Şəkidəki uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-xidmət müəssisələrinə və Uşaq Psixonevroloji Mərkəzinə çatdırılıb.
Fondun təşkil etdiyi bayram aksiyası iki minə yaxın uşağı əhatə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm