Hikmət Hacıyev: “Bu əməliyyatları sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar”
08:39 28.09.2020
Arxiv
574
“Biz Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə görə beynəlxalq ictimaiyyətin ciddi narahatlığını başa düşürük. Bu narahatlığı Azərbaycan Respublikası özü dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün hər zaman böyük təhlükə olub:
“2016-cı ilin Aprel döyüşlərində, Tovuz hadisələrində və son hadisələrdə də biz bir daha bunun şahidi olduq ki, qəbul olunmuş ssenari üzrə Ermənistan tərəfi növbəti təxribatlarını həyata keçirir. Bu xüsusilə də Ermənistan Respublikasının qəbul etdiyi irticaçı və aqressiv xarakter daşıyan hərbi doktrinadan və milli təhlükəsizlik konsepsiyasından irəli gəlir ki, bunun mahiyyətində yeni müharibələr, yeni ərazilərin işğalı nəzərdə tutulur”.
H.Hacıyev onu da əlavə edib ki, ölkə başçısı ötən gün mövcud vəziyyətlə bağlı xalqa müraciət edib və Təhlükəsizlik Şurasının iclasını keçirib:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suveren ərazilərində fəaliyyət göstərərək, Azərbaycanın müdafiəsini təşkil edir. Bu müdafiə xarakterli olan əməliyyatlardır. Burada da əsas məqsəd təmas xəttinə yaxın, kompakt şəkildə yaşayan mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək və Ermənistanın bu kimi təxribatlarının qarşısını almaq üçün əks-həmlə tədbirləri həyata keçirməkdir. Hətta bu əməliyyatları sülhə məcbur etmə əməliyyatı da adlandırmaq olar. Bu yolla Ermənistan nəhayət ki, sülhə məcbur edilsin və danışıqlar prosesində də konstruktiv şəkildə iştirak etsin ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə