"Homoseksualları öldürmək... ! - Psixoloq
10:18 06.02.2018
Arxiv
893
"Azərbaycan cəmiyyəti birmənalı şəkildə homoseksualizmə qarşı aqressivdir”.
Bu barədə "Sherg.az”a cəmiyyətdə homoseksualizmə olan münasibətdən danışarkən psixoloq Azad İsazadə bildirib.
O xatırladıb ki, bu, sovet dövründə xəstəlik kimi qəbul olunurdu:
"Hətta o dövrdə cinayət məcəlləsində də bununla bağlı maddə var idi. Məcburi müalicə də tətbiq olunurdu. Ziddiyyət hökm sürürdü ki, şəxs xəstədirsə, müalicə olunmalıdır, cinayətdirsə, məsuliyyətə cəlb olunmalıdır. Hazırda istər qanunlara, istər tibbi qaydalara görə, homoseksualizm xəstəlik kimi qəbul olunmur. Rəsmi şəkildə burada nə cinayət tərkibi, nə də hansısa xəstəlikdən söhbət gedə bilər. Bu şəxsin öz seçimi kimi qiymətləndirilir. Bu halda ortaya ictimai baxış, namus-qeyrət məsələsi atılır. 21 yaşlı gənc hərbi xidmətdən qayıtdıqda atasının homoseksual olduğunu öyrənir və onu qətlə yetirir. Məsələni araşdırmaq lazımdır ki, həmin cavana düzgün məlumat çatdırılıb, yoxsa bu sadəcə söz-söhbətdir? Ola bilər, həmin şəxs özünü təmizə çıxarmaq, cinayətinə haqq qazandırmaq üçün bu cür ifadə verib.
Bu məsələnin psixoloji məqamlarını açıqlamaq çətindir. Tutaq ki, cavan oğlanın iddia etdiyi həqiqətdir. O atası ilə ünsiyyətini kəsə bilərdi, evdən ayrılıb, fərqli şəkildə, uzaqda həyatını qura bilərdi və s. Amma öldürmək çıxış yolu deyil. Homoseksualları öldürmək olmaz. Cəmiyyət onları qəbul etmirsə, ünsiyyət qurmaya, üz döndərə bilər. Lakin hər hansı fiziki müdaxilə etmək, güc tətbiq eləmək yolverilməzdir”.
A.İsazadə onu da əlavə edib ki, namus-qeyrət məsələsinə görə, həbsxanaya düşənlər orada fərqli qarşılanır:
"Bir növ hörmət qazanırlar. Belə hallarla tez-tez rastlaşırıq. Qanun namus cinayətinə fərq qoymasa da, qeyri-rəsmi şəkildə həbsxanalarda onlara hörmət edilir”.
Qeyd edək ki, atasını öldürən 21 yaşlı Elməddin Əliyev saxlanılan zaman prokurorluğa verdiyi ilkin ifadə zamanı atasının cinsi azlığın nümayəndəsi olduğunu bildirib. Belə ki, hərbi xidmətdən gələn E.Əliyev məhəllədə atası barədə xoşagəlməz sözlər eşidib. Tay-tuşları atası İbrahim Əliyevin homoseksual olduğunu, hətta bir neçə nəfərin onunla cinsi əlaqəyə girdiyini bildiriblər. Biabırçılığa dözə bilməyən oğul Vəlican Dadaşov və Nəcməddin İsmayılovla birləşərək atasını öldürmək qərarına gəlib. Elməddin Əliyevin ifadəsi əsasında atası İbrahim Əliyevin meyiti üzərində əlavə məhkəmə tibbi ekspertizası təyin edilib. Ekspertizanın verəcəyi rəydən sonra İ.Əliyevin cinsi azlığın nümayəndəsi olub-olmaması məlum olacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm