Hüquq müdafiəçiləri əfv sərəncamının imzalanmasını gözləyir

“Biz siyahımızı Əfv Komissiyasına təqdim etmişik”



Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə,
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna
edilmir.
O, hər il olduğu kimi bu ilin sonunda da cənab Prezident tərəfindən əfv sərəncamının
imzalanmasının gözlənildiyini deyib:
"Ümid edirəm ki, ölkə başçısı bu il də öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu sevindirəcək. Bir qayda olaraq Azərbaycan Prezidenti öz müstəsna səlahiyyətlərindən istifadə edərək, əfv sərəncamları imzalayır. Bu qərarların verilməsi cənab Prezidentin səlahiyyətinə aid olduğu üçün
növbəti əfv sərəncamının neçə nəfərə şamil olunacağı haqda danışa bilmərəm. İndiyə qədərki
praktikada hər il bir qayda olaraq 31 dekabr günü əfv sərəncamları olub və yüzlərlə məhkum öz
ailələrinə qovuşub. Əfv məsələləri üzrə komissiyanın katibliyində işlər gedir və daxil olan
müraciətlər çeşidlənərək öyrənilir, müvafiq arayışlar hazırlanır”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı da adətən
Prezidentin ilin sonunda həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə, həm də
ilin yekunu olduğu üçün əfv sərəncamı imzaladığını deyib
: "Bu baxımdan gözləntilərimiz
böyükdür. Çox istərdim ki, əfv siyahısında hüquqları pozulan insanların da adları olsun. Biz
siyahımızı Əfv Komissiyasına təqdim etmişik. Bu günlərdə İşçi qrupunun iclası keçirilməlidir.
Araşdırma tələb edən bəzi işlər var ki, iclasdan sonra ona da aydınlıq gətirəcəyik”.

Şəymən