İctimai Birlik Beyləqanda seminar keçirdi



Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi (SSTAA İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətəndaşlar arasında Hasilat Sənayesində Şəffaflıq prosesləri barədə məlumatlandırma işinin təşkili” layihəsi üzrə fəaliyyətləri davam etdirir. 

Sherg.az bildirir ki, Beyləqanda keçirilən seminar rayonda fəaliyyət göstərən şirkətlərlər, yerli icmalar və yerli hakimiyyət orqanlarının nümayəndələrinin, yerli vətəndaşların, QHT, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.

Seminar çərçivəsində Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri, bu təşəbbüsdə Azərbaycanın iştirakçılıq vəziyyəti, vətəndaşların məlumatlara çıxış imkanları müzakirə edilib. Eyni zamanda QHT və yerli vətəndaşların iştirakı ilə HSŞT və ictimai nəzarətin təşkili istiqamətində səylərin artırılması, HSŞT işində QHT-ləri rolu və həyata keçirdiyi layihələr,problemlər və onun həlli istiqamətində səylərin birləşdirilməsi, əməkdaşlıq münasibətlərinin qurulması haqqında məlumatlar verilib.
Tədbirin sonunda iştirakçıların verdiyi suallar ekspertlər tərəfindən cavablandırılıb.
Seminarda Layihə rəhbəri İlqar Hüseynli və Fərhad Qəşəmli ekspert qismində iştirak edib. Bu sahədə fəaliyyət göstərən ekspert Xalid Kazımov tərəfindən hazırlanmış təqdimat iştirakçılara təqdim edilib.