İdman gimnastlarımızdan ilk qızıl medal - YENİLƏNİR




Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastlarının mübarizəsinə ilk medalların sahibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında qadınların yarışında komanda hesabında mükafatçılar bəlli olub.
Bu, 2 növ üzrə təsnifat mərhələsinin yekunlarına əsasən gerçəkləşib. İkinci yarış günündə qadınlar isə sərbəst hərəkətlər və gimnastika atında qüvvəsini sınayıb.
Kişilər dayaqla tullanma, turnik və dəstəli atda çıxış edəcək. Həm kişi, həm də qadınlar təsnifat mərhələsində çıxış etməklə həm finalçıları müəyyənləşdirəcək, həm də komanda hesabına xal yazdırıb.
Azərbaycan yığması yarışda 7 idmançı ilə mübarizə aparır. Qadınların mübarizəsində Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova tamaşaçılar önünə çıxıb.
Millimiz komanda hesabında 99,300 xal toplayıb. Türkiyə 96,050 xaııa 2-ci, İndoneziya 92,050 xalla 3-cü olub.
Kişilərin yarışında isə Murad Ağarzayev, Timur Bayramov və Bense Talas qüvvəsini sınayacaq. Yığmamız komanda hesabında liderliyi ələ almaq üçün Türkiyə ilə mübarizə aparacaq. Hazırda 80,850 xala malik olan millimiz "ay-ulduzlular”dan (82,500) sonra 2-ci pillədədi. 3-cü pillədə isə 75,800 xalı olan İran qərarlaşıb.