İki gözü oyulmuş it tapılıb




Türkiyənin Tokat şəhərinin Bazar qəsəbəsində iki gözü oyulmuş halda it tapılıb. Heyvan  müalicə olunması üçün İstanbula göndərilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Bazar qəsəbəsində səfil gəzən 2 yaşlı "Goldan" cinsindən olan  it, vətəndaşlar tərəfindən iki gözü oyulmuş halda aşkarlanıb. 

İt baytar həkimin müdaxiləsindən sonra bu səhər İstanbula göndərilib. Bazar qəsəbə Baş məmurluğu isə hadisə ilə bağlı istintaqa başlayıb.

Meşə və Su İşləri Nazirliyi Yerli Heyvan qoruma görəvlisi Leyla Çetin Ünlü, ictimai mediada itin şəkillərini paylaşaraq reaksiya verib. O, "Sözün bitdiyi, göz yaşlarımın sel olduğu bir günü yaşayıram. Bitdim mən bu gün. Əminim ki, sizlərdə eyni duyğuları yaşayacaqsınız. İş yoldaşım bu səhər xəbərini verdi və şəkilləri göstərdiyi andan bu zamana qədər şokdayam" deyə qeyd edib.