İkinci dalğa gözlənilir ! - “Müalicә alıb sağalanlar yenidәn yoluxa bilərlər”
15:04 30.09.2020
Arxiv
387
Dövlətimiz pandemiya ilə mübarizədə ardıcıl tədbirləri davam etdirir. Əhalinin sağlamlığının qorunması üçün bütün üsullardan istifadə olunub. Xəstəliyin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi mühüm faktdır.
Hər birimizin ən başçlıca vəzifəsi virusun yayılmasına imkan verməmək, məsuliyyətli olmaqdır. Təəssüf ki, ictimai nəqliyyatda və insanların sıx olduğu digər məkanlarda maskadan istifadə etməyən vətəndaşlar var.
Əksər insan mövcud təhlükəni aydın təsəvvür edə bilmir. Bu baxımdan özünün və ailəsinin sağlamlığına laqeyd yanaşır. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) payız və qış mövsümündə virusun daha təhlükəli və kəskin ola biləcəyinə dair açıqlama verib. Bu barədə dünya ölkələri məlumatlandırılıb.
Azərbaycan Diabet Liqası İctimai Birliyinin sədri, Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Yeganə Sultanova “Sherg.az”a bildirib ki, bəzi vətəndaşlarda sanki “virus bitib, daha yoluxma olmayacaq” kimi düşüncәlәr var.
Əhalinin bu cür düşünməsinin çox yalnış və təhlükəli fikir olduğunu vurğulayan birlik sədri deyib ki, hәlә dә istənilən şəxs virusa yoluxa bilər:
“Hәtta müalicә alıb sağalanların belə yenidәn yoluxma riski var. Virusun ikinci dalğası istisna edilmir. Karantin rejimi bitəndən sonra da insanlar sosial izolyasiya qaydalarına əməl etməlidirlər.
Əks halda aktiv “COVİD 19” daşıyıcısı olduğundan bixəbər xəstə virusun 2-ci dalğası üçün zəmin yarada bilər. Bundan əlavə koronavirus infeksiyasına yoluxub sağalan xәstәlәr var ki, onlar müalicә bitdikdәn sonra mütlәq şәkildә evdә izolyasiya qaydalarına әmәl etməlidir. Pandemiya ümummilli məsələdir. Birlik göstərib bu xəstəliyə qalib gəlmək lazımdır. Bunun üçün ilk növbədə tələb olunan qaydalara əməl etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm