İlk addımı düşmən atmalıdır
08:54 22.01.2019
Arxiv
363
Xalqları sülhə hazırlamaq üçün əvvəl torpaqlarımız azad edilməlidir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri əvəzi Zöqrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüş ətrafında müzakirələr davam edir.
Qeyd edək ki, nazirlər görüş zamanı əhalini sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə edib razılığa gəliblər. Ancaq sözügedən razılaşma ölkədə birmənalı qarşılanmayıb.
Bəzi politoloqlara görə, XİN başçılarının görüşündə "xalqı sülhə hazırlamaq” kimi bir xəbərin gəlməsi əslində elə də ciddi razılaşmadan xəbər vermir.
"Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı isə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində xalqların sülhə hazırlığı mövzusunun hər zaman aktual olduğunu deyib. Bu məsələnin kifayət qədər vacib olduğunu vurğulayan Aynur xanım deyib ki, Azərbaycan tərəfi ermənilərə muxtariyyət verməyə hazır olduğunu, onlarla Azərbaycan dövlətinin daxilində birgə yaşamağa hazır olduğunu bəyan edib:
"Ermənistanda Azərbaycanın ərazi bütövlüyünü qəbul edən vətəndaşların sayını artırmaq üçün xalqların sülhə hazırlanması prosesi bizim üçün həmişə prioritet olub. Bu yöndə bir neçə dəfə real addımlar da atılıb.
Hətta Azərbaycann Moskvadakı səfiri Polad Bülbüloğlunun rəhbərliyi altında Azərbaycanın tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri Dağlıq Qarabağa səfər edərək orda yaşayan ermənilərlə söhbət edib, erməni icmasının üzvləri ilə münaqişənin həlli istiqamətində söhbət apardılar. Biz münaqişənin sülh yolu ilə həllini istəyiriksə, bu cür müzakirələrə loyal yanaşmalı və narahat olmamalıyıq. Əvvəlki danışıqlarda da xalqların sülhə hazırlanması məsələsi dəfələrlə müzakirə olunub. Əgər Ermənistan hökuməti bizim işğal altında qalan 7 rayonumuzu qaytarır, Azərbaycan da Dağlıq Qarabağa Azərbaycanın suverenliyi daxilində muxtariyyət verirsə, ermənilərlə azərbaycanlıların bir yerdə təhlükəsiz şəraitdə yaşamasında qeyri-adi bir şey yoxdur”.
Hərbi ekspert Azad İsazadə isə xalqların sülhə hazır olmadığını düşünür:
"Nə qədər ki, ermənilər torpaqlarımızı geri qaytarmayıb, bizim cəmiyyət sülh sazişi ilə razılaşmayacaq. Azərbaycanlılar Qarabağa adi torpaq, münaqişə ocağı kimi baxmır. Həmin əraziləri Vətənin bir hissəsi kimi görüb, ərazi bütövlüyümüzün bərpasını arzulayırlar.
Sülhlə bağlı narazılıq da məhz bu istəkdən qaynaqlanır.
Ermənistan cəmiyyətində isə vəziyyət daha gərgindir. Xüsusən də erməni siyasətçilərində bu münaqişəyə münasibət psixoloji xəstəlik səviyyəsində olduğu üçün sülhə münasibət daha kəskindir. Onların sülhə hazırlanması prosesində ciddi addımlar atılmalıdır. Elə əvvəldən Ermənistan rəhbərliyi xalqı Azərbaycana qarşı hazırlayıb. Xatırlayırsınızsa, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan AŞPA-da çıxışı zamanı belə bir faşist ideyası irəli sürmüşdü ki, ermənilərlə azərbaycanlılar genetik olaraq uyğun gəlmirlər və bir yerdə yaşaya bilməzlər”.
A.İsazadənin sözlərinə görə, işğal altında olan bütün torpaqlarımızın ermənilərdən təmizlənməsi fonunda Azərbaycan xalqı, ölkə ictimaiyyəti sülhlə razılaşar:
"Sözsüz ki, xalq olaraq biz də müəyyən güzəştlərə getməli, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi orada qalması üçün təhlükəsizlik zəmanəti verməliyik”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə