“Bütün sözlərdəki “iyyət” şəkilçisini ixtisar etmək mümkün olmayacaq”
İlk növbədə orfoqrafiya qaydaları nizama salınmalıdır
21:04 13.11.2017
Arxiv
593
Nizami Cəfərov: “Amma elə sözlər var ki, “y”-nin birini götürmək olar”
“Bütün sözlərdəki “iyyət” şəkilçisini ixtisar etmək mümkün olmayacaq”
“Bütün sözlərdəki “iyyət” şəkilçisini ixtisar etmək mümkün olmayacaq”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib və iclasda 2018-ci ildə çap olunacaq yeni orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub. İclasda bildirilib ki, 2017-ci il noyabrın 1-də AMEA Rəyasət Heyəti "Yeni orfoqrafiya lüğətinin nəşrinin hazırlanması barədə” qərar qəbul edib.
Bununla bağlı olaraq Orfoqrafiya Komissiyası yaradılıb. Professor İsmayıl Məmmədli yeni orfoqrafiya qaydaları haqqında məlumat verib. Sözün sonunda işlənən qoşa ss samitlərindən yalnız birinin yazılması (boss-bos, ekspress- ekspres), -”iyyət” şəkilçisinin yazıda "-iyət” kimi təsbit olunması (cəmiyət, fəaliyət) müzakirəyə çıxarılıb. Həmçinin tərkibində "ilə” qoşması olan sözlərin bitişik yazılması (etibarilə, münasibətilə, tamamilə) da diqqətə çatdırılıb. Qeyd edək ki, təkliflər ilkin müzakirədə irəli sürülüb.
Orfoqrafiya lüğəti ilə bağlı xeyli vaxtdır ciddi müzakirələrin getdiyini qeyd edən millət vəkili, akademik Nizami Cəfərov hesab edir ki, ayrı-ayrı sözlərin yazılış qaydalarını dəyişməzdən əvvəl orfoqrafiya qaydalarına yenidən baxılmalıdır:
"Fikrimcə, bütün sözlərdəki "iyyət” şəkilçisini ixtisar etmək mümkün olmayacaq. Elə sözlər var ki, oradakı qoşa sammitlərin ixtisarı tələffüz zamanı dildə çətinlik yaradar. Amma elə sözlər var ki, "y”-nin birini götürmək olar. Məsələn, Türkiyə türkcəsində qoşa samitlərdən biri götürülüb. Biz "ədəbiyyat” sözünü "ədəbiyat” kimi tələffüz etdiyimiz üçün burada ixtisar heç bir problem yaratmır. Amma dediyim kimi, ilk növbədə orfoqrafiya qaydaları nizama salınmalıdır. Elə sözlər var ki, onlar söz yaradıcılığı hadisəsi olduğu üçün lüğətə salınması məqsədəuyğun deyil. Eyni modeldə olan mürəkkəb sözlər var ki, biri orfoqrafiya lüğətinə düşür, o biri düşmür. Bunları seçmək üçün də prinsip müəyyən edilməlidir”.
Azərbaycan Tərcümə Mərkəzinin çox yaxşı bir lüğət hazırladığını vurğulayan millət vəkili sözügedən lüğətin bu günlərdə çıxacağını deyib:
"Hesab edirəm ki, bundan sonrakı mərhələdə dilçilər bir araya gəlməli və indiki vəziyyətdə istifadəyə yaramayan orfoqrafiya qaydalarını yenidən işləməlidir. Bizim dilimizin lüğət tərkibinin əksəriyyətini təşkil edən türk mənşəli sözlərin necə yazılması barədə lüğətdə heç bir qayda əks olunmayıb. Bu, ən böyük qüsurlardan biri hesab olunur. Daha çox alınma sözlərə diqqət ayrılır və burada da həddindən artıq pərakəndəlik var”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi