"...İnformasiya sahəsinə kifayət qədər maliyyə ayrılmalıdır !" - MŞ sədri
14:10 13.11.2017
Arxiv
554
"Onlayn medianın dövlət tərəfindən maliyyələşməsi gündəmdədir. KİV-lərin ƏDV-dən azad olunması barədə müzakirələr aparıldı. Həmçinin reklam bazarının genişlənməsi ilə bağlı təkliflər verilir"
"Mən hər zaman media ilə bağlı məsələləri Milli Məclisdə qaldırmışam”.
Bu barədə "Sherg.az”a Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.
Deputat diqqətə çatdırıb ki, son günlər onlayn medianın dövlət tərəfindən maliyyələşməsi gündəmdədir:
"Bu məsələni diqqətdə saxlayırıq. Bir müddət əvvəl Kütləvi İnformasiya Vasitələrinin (KİV) Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunması barədə müzakirələr aparıldı. Bu problemlərdən çıxış edərək, reklam bazarının genişlənməsi ilə bağlı təkliflər verilir. Mənə elə gəlir ki, müharibə aparan dövlətdə informasiya kifayət qədər maliyyə ayrılmalıdır. Azərbaycan hazırda müharibə şəraitində yaşayır və ordumuz regionun ən güclü ordusudur.
Ərazilərimiz düşməndən sülh yolu ilə alınmasa, əminəm ki, torpaqlarımızı hərbi yolla işğaldan azad edəcəyik. Ancaq bununla yanaşı informasiya müharibəsində də gücümüzü artırmalıyıq. Bu sahədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media vasitələri əlindən gələni etməlidir. Bu məsələni hər zaman diqqətdə saxlamalıyıq ki, Azərbaycan mediası maliyyə baxımından daha güclü olsun.
Onlayn jurnalistika Azərbaycana edilən bütün informasiya hücumlarının qarşısında dayanır. Elektron mətbuat Azərbaycanın imicini kifayət qədər qoruya bilir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Sözsüz ki, bunu mütəmadi inkişaf etdirməliyik.
Mənim həm Mətbuat Şurasının sədri, həm də Milli Məclisin deputatı kimi bütün fəaliyyətim bununla bağlıdır. Müzakirələr və edilən təkliflərlə bağlı isə sözsüz ki, gözləntilər var. Bu gün kifayət qədər müsbət addımlar atılır. Düşünürəm ki, verilən təkliflər də öz bəhrəsini verəcək”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə