İntihar edənlərin islam dininə uyğun dəfn edilməməsi təklifi təsdiqlənsə... - Etiraz

"....onda gərək başqa İslam qaydalarına zidd həyat tərzi keçirən insanları da belə dəfn edək. Bu yanaşma düzgün deyil"



"İntihar edənlərin islam dinin qaydalarına uyğun dəfn edilməməsi barədə təklif yaxşı ideya deyil”.

Bunu "Sherg.az”a sözügedən təkliflə bağlı danışarkən millət vəkili Fazil Mustafa söyləyib. O vurğulayıb ki, islam dini ənənələri ilə dəfn olunan şəxslərin heç də hamısı dinin qaydalarına əməl edənlər olmayıb:

"Bunu nəzərə alası olsaq, onda gərək başqa İslam qaydalarına zidd həyat tərzi keçirən insanları da belə dəfn edək. Bu yanaşma düzgün deyil. Ona görə, təklifi müsbət dəyərləndirmirəm”.

Aysel Aslan