İran müdafiə naziri: “Ümid edirəm ki, Azərbaycan və Ermənistan...”
09:42 16.04.2017
Arxiv
347
"Xarici amillərin Azərbaycan və İran arasında hərbi əməkdaşlıq prosesini pozmasına icazə verməməliyik”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdə İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqan bildirib.
H. Dehqan deyib ki, Azərbaycan və İran xalqlarını bir-birinə bağlayan etnik, tarixi, mədəni və dini bağlar var və bu, dünyada misilsizdir: "İki ölkə rəhbərlərinin keçirdiyi çoxlu sayda görüşlər, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin günbəgün inkişafı münasibətlərin yaxşı olduğunun göstəricisidir. Çox yaxşı olar ki, bu əlaqələr hərbi və müdafiə sahəsində də artan temp üzrə inkişaf etsin”.
ABŞ və Səudiyyə Ərəbistanının siyasətini mənfi qiymətləndirən İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri qeyd edib ki, bu gün təkcə bölgə deyil, həm də dünya İŞİD , "Nusra Cəbhəsi” kimi problemlərlə üzləşib. H. Dehqan xüsusən Fələstin, Suriya, İraq və Yəmən xalqlarının problemlərdən əziyyət çəkdiyini vurğulayıb: "Mövcud şəraiti nəzərə alaraq, düşünürəm ki, bölgədə yeni böhran və qeyri-sabitliyə yer yoxdur. Ümid edirəm ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində qətiyyətli olacaq, başqalarının münaqişəyə müdaxilə etməsinə və böhranı dərinləşdirməsinə icazə verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region