İran Suriyada atəşkəs elan edilməsinə qarşı çıxıb

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: "Dəməşqin ətrafındakı bölgələrin terrorçulardan təmizlənməsi davam edəcək"


İran BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə Suriyada 30 günlük atəşkəs elan edilməsinə qarşı çıxıb.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiri bu gün bildirib ki, keçmişdə olduğu kimi bu dəfə də Suriyada sabitliyi istəməyənlər Suriya ordusu və dövlətinin Dəməşqin ətrafını terrorçulardan təmizləmək istədiyini görən zaman terrorçuları qorumaq üçün atəşkəsin elan olunmasını istəyiblər.