"İrana təzyiqlər yenidən güclənəcək" - ŞƏRH
11:06 09.03.2017
Arxiv
829
"İrana təzyiqlər güclənəcək, hətta sanksiyaların bir hissəsi yenidən tətbiq oluna bilər”.
Bunu Sherg.az-a Amerika prezidenti Donald Trampın İrana xəbərdarlığına münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, prezident Amerikanın Yaxın Şərq siyasətini dəyişdirmək niyyətindədir və bu istiqamətdə kifayət qədər təsirli addımlar atıb:
"Bu addımların arasında da rəsmi Tehranla münasibətlərin müəyyənləşməsini də qeyd etmək olar. Əslində burada tək İran məsələsi diqqət çəkmir, prosesə kompleks şəkildə baxılmalıdır. Amerikanın xarici siyasəti ilə uzlaşan hədəflərdən ibarət başqa məsələlər də hazırda gündəmdədir. Son həftələr ərzində D.Trampın Yaxın Şərq siyasətinin yeni çalarları müəyyənləşib.
Bu çalarlar ondan ibarətdir ki, yenə də İsrail əsas müttəfiq rolunu oynamağa başlayıb. Rəsmi Təl -Əviv və Tehran münasibətləri düşmənçilik səviyyəsindədir. Belə olan təqdirdə sözsüz ki, İsrailin Amerika siyasətinə təsiri də artıb. İsrailin əsas məqsədi bir neçə il bundan əvvəl imzalanan nüvə sazişini ləğv edib, İrana qarşı daha sərt siyasətə keçməkdir. Bunun müqabilində İsrail Amerika siyasətinin bələdçisi rolunu daha fəal şəkildə oynaya bilər.
Bu mürəkkəbliyi nəzərə alaraq, İran-Amerika münasibətlərinin gərginləşməsinin məntiqi var. İnanmıram ki, bu vəziyyətdə həmin nüvə proqramı ilə bağlı sazişə nəzər yetirilsin. Amma D. Trampın bu çıxışlarına cavab olaraq İrana nəzarət güclənəcək”.
Qeyd edək ki, ötən günlərdə İrana məxsus hərbi katerlər Hörmüz körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran isə insidentin baş verməsində ABŞ tərəfini günahlandırıb. Buna cavab olaraq, ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində olmadığını bəyan edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təəccüblü hadisə: Edam cəzası icra olunmadı, məhbus ölmədi
13:25 01.10.2026
Hadisə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət