İranda bəzi estetik əməliyyatları edən və etdirənlər cəzalandırılacaq





İranda "Eşşək qulağı” və "Keçi gözü” estetik əməliyyatlarını etmək və etdirmək qadağan edilib.
"Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin Hüquq komissiyasının sözçüsü Həsən Novruzi deyib.
Onun sözlərinə görə, qadağanı pozan 10 gündən 2 aya qədər həbs, 74 şallaq zərbəsi ilə cəzalandırılacaq. H.Novruzi bu növ əməliyyatların ictimai əxlaqa zidd olduğunu vurğulayıb.

İran dünyada estetik əməliyyatların aparılmasna görə ilk sıralardadır.