İrandakı vətəndaşlarımız ölkəyə gətirilib - RƏSMİ
15:39 04.03.2020
Arxiv
383
İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir. Bununla əlaqədar İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xəttlərinə daxil olan müraciətləri qeydiyyata götürülür.
Bu barədə "Sherg.az"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, vətəndaşlarımızın qayıdışı sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edilmiş, müəyyən olunmuş qrafiklə 276 nəfər Azərbaycan ərazisinə keçib. Sərhədi keçən vətəndaşlar xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparılıb.
Qeyd edək ki, İran İslam Respublikasından qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karintin rejiminə yerləşdirilir. Bütün vətəndaşlardan karantin rejiminin tələblərinə riayət etmək tələb olunur.
Əlavə sorğular üçün vətəndaşların Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi və Təbrizdəki Baş Konsulluğunda açılmış qaynar xətlərə müraciət etməsi tövsiyə edilir. Sorğular daxil olduqdan sonra vətəndaşlarımızın Azərbaycana keçidinin uçuş reysi və xüsusi ayrılmış sərhəd dəhlizi ilə həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya