İrandakı zəlzələdə 6 nəfər ölüb, 50-si yaralanıb - YENİLƏNİB




İranın Kermanşah şəhərində zəlzələ nəticəsində 6 nəfər ölüb, azı 50 nəfər yaralanıb
APA-nın məlumatına görə, bu barədə "Tasnim” agentliyinə şəhərin meri Xoşank Bazond bildirib.
"İlkin məlumata görə, şəhərdə 6 nəfər ölüb, 50-dən çoxu yaralanıb”, deyə X.Bazond qeyd edib.
Ötən axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
***
İranda baş verən zəlzələ nəticəsində 70 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara cəmiyyətindəki mənbə bildirib.
"İlkin məlumata görə, təbii fəlakət nəticəsində 70 nəfər xəsarət alıb. Yaralı sayının artacağı istisna edilmir. Ölənlər barədə hələ ki, məlumat yoxdur”, deyə mənbə bildirib.
Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.