İraq ordusu Mosula daxil olub



İraq ordusu İŞİD- lə sonuncu döyüş üçün Mosula daxil olub.

Sherg.az Fransanın "Lefigaro".fr saytına istinadən xəbər verir ki, bu barədə xarici nəşrin İraqdakı xüsusi müxbiri Qoqjili məlumat verib. 

O, bildirib ki, artıq İraq ordusu çox yaxşı silahlanıb: " İraqlı əsgər Ali Raed söylədi ki, İŞİD –in içərisindən məlumatlar ala bilirlər. Eyni zamanda təyyarələrin kordinasiyası çox böyük köməklik göstərir. Hazırda həmin təyyarələr bütün işləri asanlaşdırıb”.
Qeyd edək ki, 2014-cu ilin iyunundan etibarən İraqın şimalında yerləşən və starteji əhəmiyyət daşıyan Mosul İŞİD tərəfindən ələ keçirilib. İşğal zamanı çoxsaylı ölən və yaralananlar olub.
 
Ayyət