Bu gün Azərbaycan gənci müsair texnologiyalardan və vasitələrdən düzgün qaydada istifadə etməli, informasiya müharibəsində rəqəmsal platforma və rəqəmsal texnologiyanın imkanlarından yararlanmalıdır.
“İrəli” İB-nin “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyası Azərbaycanda geniş vüsət alıb – Foto
13:02 01.11.2019
Arxiv
533
“İrəli” İctimai Birliyi Dövlət Bayraq Gününə həsr olunan “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyaya start verib.
Turkustan.info xəbər verir ki, Birliyin sədri MirHəsən Seyidov aksiya haqqında fikirlərini səsləndirərkən qeyd edib ki, ölkə başçısı hər zaman çıxışlarında xüsusi olaraq vurğulayır və çağırış edir ki, Azərbaycan gənci vətənpərvər ruhda yetişməlidir. Sədr onu da qeyd edib ki, Azərbaycanın üçrəngli dövlət bayrağı milli atributdur və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği böyük əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan gənci müsair texnologiyalardan və vasitələrdən düzgün qaydada istifadə etməli, informasiya müharibəsində rəqəmsal platforma və rəqəmsal texnologiyanın imkanlarından yararlanmalıdır.
Biz də “İrəli” komandası olaraq “Üçrəngli Bayrağın Kölgəsində Mən” askiyasına start verdik və aksiyanın əsas məqsədi yerli və xarici platformada yer alan gəncləri şanlı Azərbaycan bayrağının altında toplaşmağa səsləməkdir.
6 gündür ki, başlayan aksiyaya Azərbaycan Respublikasının müxtəlif regionlarının Gənclər və İdman İdarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, peşə təhsili müəssisələri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, Olimpiya İdman Kompleksləri, “İrəli” İctimai Birliyinin gəncləri və aktiv üzvləri, müxtəlif idman federasiyaları, Mətbuat orqanları, Ali təhsil müəssisələri, özəl və dövlət qurumları, nazirliklər qoşulub.
Birlik aksiyaya qoşularaq dəstək olmaq istəyən dostları “Siz də öz eyvanınıza dövlət bayrağımızı asaraq bizə qoşulun! Şanlı bayrağın şəkillərini öz şəxsi profillərinizdə #bayraqmenliyimdir həştəqi ilə paylaşmağı və səhifəmizin mesaj qutusuna göndərməyi unutmayın!”-deyə, səsləyib.
Qeyd edək ki, “İrəli” İctimai Birliyi ənənəvi olaraq əlamətdar günlərə həsr olunan tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm