“İrma” qasırğasının törətdiyi fəlakət: insanlar şəhərlərdən qaçır, evlər dağılır – VİDEO




ABŞ-ın Florida ştatında "İrma” qasırğasının törətdiyi fəlakət kameralara düşüb.

Baku.ws-in məlumatına görə, 210 kilometr sürətlə hərəkət edən qasırğa Floridanın cənub sahillərində intensivliyi artırıb.

Rəsmi qurumlar qasırğanın təsirinin nisbətən azaldığını bildirib. Məlumata görə, Florida ştatının şimal-qərbində təxminən 160 kilometr saat sürətlə təxminən 3 milyon əhalisi olan Tampa istiqamətində hərəkət edir.

Qasırğanın keçdiyi ərazilərdə dəhşətli mənzərələr meydana gəlib. Həmin görüntüləri təqdim edirik: