İş axtaran xanıma qısa ətək şərti qoyuldu ! - Seksual təhrik, yoxsa... ?

İşə düzəlmək üçün müraciət edən xanıma qısa ətək şərti qoyulub. Şirkətin göndərdiyi cavabda ətək ölçülərinin əks olunub və yalnız qısa ətəklərə «məqbul» işarəsi qoyulub.
Bu məsələ də sosial şəbəkədə müzakirələrə səbəb olub.
Yayılan xəbərdə bildirilir ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona "Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.
Bundan başqa, şirkət xanıma "dress-code” göndərib. Həmin "dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür.
"Qafqazinfo” məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilb ki, adminstrator vakansiyası üzrə tələb olunan şərtlərində qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur:
"Bizim üçün hər bir əməkdaşımız dəyərlidir! Onu da bildirmək istəyirik ki, qadınlara qarşı aparılan "alçatma”, "ayrıseçkilik” və qanunsuz aparılan tədbirlərin əleyhinəyik. 
"Mayson Car Club” olaraq adminstrator vakansiyası üzrə tələb olunan şərtlərində qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur. Vakansiyaya müraciət edən namizədlərə vəzifə üzrə qeyd olunan şərtlər haqqında məlumatlar verilir və razı olduğu təqdirdə müsahibəyə çağrılır”.
Məsələyə münasibət bildirən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı «Sherg.az»a açıqlamasında adı çəkilən şirkətin ciddiliyinə şübhə etdiyini dedi:
- Düşünmürəm ki,sosial şəbəkədə qeyd olunan şirkət nəsə ciddi bir qurumdu. Yazılardan aydın da deyil ki bu "şirkət" adlanan qurum hansı sahə üzrə fəaliyyət göstərir.Əksər şirkətlərin Etik davranış qaydaları,var.Bir çox şirkətlərdə isə uniformalar da mövcuddur. Hansı ki,işçi ilə əmək müqaviləsi bağlananda bu uniformanı da ona təqdim edirlər. 
Düşünürəm ki, əgər CV verən xanıma doğurdan da belə uniforma təklifi olunubsa,həmin şirkətin hansı "bizneslə" məşğul olduğu müvafiq qurumlar tərəfindən araşdırılmalıdır. ki.həmin şirkətin fəaliyyəti qanunauyğundurmu? Xanıma təklif olunan şəkillər isə düşünürəm ki,onu aşağılamaqdı.Bu isə müvafiq qanunlarla tənzimlənir. Xanımlar isə harasa CV göndərəndə diqqətli olmalıdırlar.
«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə qeyd etdi ki, iş axtaran xanıma qısa ətək təklifi seksual təhrik mahiyyəti daşıyır:
- Əvvəla onu deyim ki, işə götürənin öz tələblərini irəli sürməsi kimi bir ənənə bütün dünyada mövcuddur. Lakin qadından məhz qısa ətək geyərsə işə qəbul oluna biləcəyi şərtinin irəli sürülməsi seksual təhriklər üçün münbit şərait yaradır. Ümumiyyətlə isə seçim hüquqi deyilən bir haqq var. Bu, işçiyə aid məsələdir.
Məlahət Rzayeva