İş yerləri yoxlanmalıdır
06:23 06.02.2018
Arxiv
828
Sanitar-gigiyena qaydalarına nəzarət aşağı səviyyədədir
2016-cı ildə Azərbaycanda 2015-ci illə müqayisədə sanitar-gigiyena normalarına cavab verməyən iş yerlərində çalışanların sayı artıb. Bununla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 2013-2017-ci illər üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən, sanitar-gigiyena normalarına cavab verməyən iş yerlərində çalışan işçilərin sayı 3,5 faiz artıb. Həmçinin 2017-ci ildə aparılan nəzarət-profilaktika işləri nəticəsində yoxlanmış həmkarlar ittifaqlarının xidmət dairəsində olan müəssisələrin hər 12 işçisindən birinin həyatı üçün risk faktoru aradan qaldırılıb.
Hesabatda qeyd olunur ki, son 5 il ərzində AHİK-ə üzv təşkilatlara 786 484 ərizə və şikayət daxil olub. AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan ərizə və şikayətlərin 95,2 faizi müsbət həll olunub. Əmək hüquqlarının pozulması ilə əlaqədar AHİK və üzv təşkilatlara 5 il ərzində daxil olan 18 916 müraciətin 3145-i işə bərpa ilə əlaqədar olub. Onların həlli ilə bağlı 97 məhkəməyə müraciət olunub. Bu müddətdə 983 nəfər öz işinə bərpa edilib.
Mövcud durumla bağlı "Şərq”ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla hazırda ölkəmizdə sanitar-gigiyena qaydalarına nəzarətin aşağı səviyyədə olduğunu deyib. Professorun fikrincə, nəzarət formal şəkildə ola bilər, lakin rəsmi olaraq nəzarətdən danışmaq mümkün deyil:
"Sovet dövründə sanitar-gigiyena qaydaları ilə bağlı Sanitar Epidemioloji Stansiyalar, həmçinin qida gigiyenasına nəzarət edən idarə var idi. O zaman qida gigiyena idarəsinə "siçan idarəsi” də deyirdilər. İdarə sanitar epidemioloji vəziyyətlə bağlı siçan əleyhinə dərmanlar paylayırdı və adı "siçan idarəsi” kimi qalmışdı.
Əvvəllər ictimai iaşə obyektlərinə nəzarət olub. Həm də o vaxtlar şadlıq evləri, xüsusi mülkiyyətlər çox deyildi. Bütün bunlar dövlətin nəzarətində idi. Sovet quruluşu dağılandan sonra nəzarət sistemi nisbətən zəiflədi. İndi Qida Gigiyenası Agentliyi yaradılıb. Əslində bu agentliyi yaratmaqda məqsəd ərzaq təhlükəsizliyi konsepsiyası çərçivəsində yer alır. Məqsəd ərzaq təhlükəsizliyini təmin etməkdir. Xaricdən gələn ərzaqların keyfiyyətinə və daxildə ictimai iaşəyə nəzarət olunur. Hər bir rayonda epidemioloji sanitar idarələr var. Bu idarələr hazırda təmizliyə nəzarət edirlər. Belə qurumlar mövcud olsa da, onların nə dərəcədə effektiv işlədiklərini demək çətindir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm