İşğaldan azad edilən ərazilərlə bağlı gələcək planlar AÇIQLANDI
11:50 22.12.2020
Arxiv
466
İşğaldan azad edilən ərazilərdə növbəti dövr üçün aparılacaq işlər haqqında məlumat verilib.
Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, işğaldan azad edilmiş yaşayış məntəqələrinin bərpası və vətəndaşlarımızın doğma torpağa qayıdışı ilə bağlı proqram və layihələrin həyata keçirilməsi üçün məqsədli maliyyə təminatının yaradılması və müvafiq maliyyələşmə mexanizminin tətbiqi həyata keçiriləcək.
Qeyd edilib ki, həmin ərazilərdə iqtisadi fəallığın artırılması üçün stimullaşdırma tədbirlərinin, vergi və digər güzəştlər, dövlət-özəl sektor tərəfdaşlığı və s. məsələlərin həyata keçirilməsi, həmçinin də şəhid ailələrinin və müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş güzəşt və imtiyazların verilməsi nəzərdə tutulur.
Döyüş əməliyyatları başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsinə, minatəmizləmə tədbirlərinin təşkil olunmasına, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrasına başlanılıb.
Bildirilib ki, növbəti illər ərzində isə bu tədbirlərin daha geniş miqyasda davam etdirilməsi, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi, sözügedən ərazilərdə iqtisadi fəaliyyətin bərpa olunması istiqamətində tədbirlərin maliyyələşdirilməsinə ehtiyac var.
Bununla yanaşı, döyüş bölgəsindən kənarda yerləşən və düşmən silahlı qüvvələrinin davamlı atəşi altında dağıntılara məruz qalan yaşayış məntəqələrində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş zərərin dövlət vəsaiti hesabına qarşılanması nəzərdə tutulub.
Eyni zamanda, hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dəstəyin göstərilməsi, onların zəruri ehtiyaclarının təmin edilməsi, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsi dövlətin diqqət mərkəzində saxlanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya