“Məsələ ondadır ki, İŞİD döyüşdüyü ərazilərdən daha çox döyüşmədiyi ölkələrdə yerləşir”
İŞİD-in rus dilində təbliğat aparması real faktdır
09:28 15.11.2017
Arxiv
940
“Terror qruplaşmasının tərkibi daha çox postsovet məkanından gələn gənclərdən təşkil olunub”
“Məsələ ondadır ki, İŞİD döyüşdüyü ərazilərdən daha çox döyüşmədiyi ölkələrdə yerləşir”
“Məsələ ondadır ki, İŞİD döyüşdüyü ərazilərdən daha çox döyüşmədiyi ölkələrdə yerləşir”
Rusiya mediasının yazdığına görə, İŞİD terror təşkilatı yayılma coğrafiyası və kütləviliyinə görə öz təbliğatını əsasən rus dilində aparır. Bu səbəbdən rusdilli gənclər onların təsiri altına daha tez düşürlər. Məlumdur ki, tarixin ən qanlı terrorçu təşkilatı sayılan İŞİD son zamanlarda ard-arda məğlubiyyətlərə düçar olur.
Terror təşkilatı ərazi itkilərinə razılaşsa da, həqiqi məğlubiyyətini qəbul etmir və bunu öz təbliğat vasitələrində taktiki gediş kimi qələmə verir. Bundan başqa İŞİD öz mübarizəsini həqiqi döyüş meydanları ilə bərabər virtual məkanda da davam etdirir. Terrorçular bu məsələdə Rusiya və MDB ölkələrində uğurla hərəkət edirlər. Bunun üçün yüksək peşəkarlıq qabiliyyətinə malik təbliğat maşınlarını işə salırlar. Bu struktur iki hissədən ibarətdir. Birincisi, "Əl Furkan media” və "Əl Həyat” kimi mərkəzdən idarə olunan mətbuat vasitələri, ikincisi isə regional KİV-lərdir. Deyilənə görə, İŞİD təbliğatçıları adi döyüşçüdən fərqli olaraq xüsusi yerə malikdirlər və onlara terrorçulardan 7 dəfə artıq pul ödənilir. Belə çıxır ki, terror təşkilatını təbliğ edən şəxslər əlində silah olan başkəsənlərdən daha təhlükəlidirlər. Araşdırma göstərir ki, İŞİD mövcud olandan bu yana 41 min media-reliz dərc edib, sosial şəbəkələrdə 2,3 milyard akkaunt-hesab yaradıb. Bundan başqa müxtəlif dini hekayələr, habelə qiyamət ssenariləri ilə gənclərin beynini yuyublar.
İddialarla bağlı "Şərq”ə fikirlərini bölüşən kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, İŞİD terror təşkilatının əsasən rus dilində təbliğat aparması real faktdır. Ekspertin sözlərinə görə, terror qruplaşmasının tərkibi daha çox postsovet məkanından gələn gənclərdən təşkil olunub:
"İŞİD-ə Rusiyanın çeçen, tatar, başqır və müsəlmanların yaşadığı başqa bölgələrdən, o cümlədən Orta Asiyadan, Şimali Qafqazdan və Azərbaycandan gedənlər çoxdur. Terror aktları ilə bağlı paylaşdıqları video materiallarda görünür ki, silahlılar çox vaxt rusca danışırlar. Məlumdur ki, bu təşkilat öz təbliğat və cəlbetmə maşınına çox önəm verir.
Çünki normal dövlət deyil ki, hərbi səfərbərlik elan edib qoşun toplasın. Təşkilatın sıraları yalnız uzaq ölkələrdən cəlb edilmiş muzdlu terrorçular hesabına formalaşır. Bunu da etmək üçün çox güclü təbliğat lazımdır. Məsələ ondadır ki, İŞİD döyüşdüyü ərazilərdən daha çox döyüşmədiyi ölkələrdə yerləşir. Bəzi ölkələrdəki dini ekstremizm yuvaları terror təbliğatının əsas daşıyıcılarıdır. Azərbaycan bu məsələdə istisna təşkil etmir.
Fakt odur ki, bizim ölkədən nəinki döyüşçü gənclər, hətta qadınlar, uşaqlı ailələr belə bu qanunsuz silahlı terror təşkilatına qoşulmağa can atırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət