İŞİD Peterburqdakı partlayışı öz üzərinə götürdü




İŞİD terror qruplaşması Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə "Reuters” agentliyi xəbər verib. Bununla belə terrorçuların yaydığı açıqlamada heç bir dəlil-sübut gətirilmir.


Dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb.