İsrail və İran arasında gərginlik şiddətlənir: beynəlxalq reaksiyalar



 
Suriyada İsrail və İran arasında baş tutan qarşıdurma ilə bağlı beynəlxalq reaksiyalar gəlməkdədir. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov 
almaniyalı həmkarı Heyko Masla birgə keçirdiyi mətbuat konfransında İsraillə İranı dialoqa səsləyib. 

O qeyd edib ki, bu qarşıdurma regionda hərbi riskləri gücləndirə bilər: 

İndiki vəziyyət narahatlıq doğurur. Bu mənada istərdik ki, bütün problemlər öz həllini dialoq vasitəsilə tapsın".  

İngiltərə baş naziri Tereza Meyin sözçüsü  isə Qolan yüksəkliyində İsrail ordusuna hücumlarına görə, İran ordusunu mühakimə edib: 

"Biz İranı qınayırıq. İsrailin özünü mnüdafiə etməyə haqqı var. Biz İranı yeni hücumlardan imtinaya səsləyirik.Tərəfləri sakitliyə çağırırıq. Rusiyaya da səslənirik ki, Suriyadakı nüfuzundan istifadə edərək yeni hərbi müdaxilələrin qarşısının alınmasına çalışsın". 

Tərcümə etdi :Ayyət Əhməd