
"İstənilən an Ermənistan qarışa bilər” - Sərt proqnoz
13:40 13.02.2019
Arxiv
665
"Paşinyan daha çox populist mövqedən çıxış edir. Dövlət başçısı danışıqlarına fikir verməli, ölçülü-biçili danışmalıdır”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, Paşinyan bugünə qədər ağıllı açıqlama verməyib:
"O, bugün veridiyi açıqlamanı sabah təkzib edir.

Hazırda İrəvan hökuməti ilə "Qarabağ klanı” arasında çox ciddi qarşıdurma var. Paşinyan müəyyən referanslar etməklə klanı sakitləşdirməyə, daha doğrusu zərərsizləşdirməyə çalışır.
Məsələ ondadır ki, pul da, silahlı güc də "Qarabağ klanı”ndadır. Eyni zamanda Rusiya da Sarkisyan-Koçaryan cütlüyünü dəstəkləyir. O baxımdan Paşinyan Rusiyaya qarşı birbaşa sərt mövqe nümayiş etdirmir.
Bu yaxınlarda Ermənistan hökuməti Moskvanın istəyi ilə Suriyaya 8 nəfər göndərdi. Hətta belə bir məsələ gündəmə gəldi ki, bölgədə Rusiyanın sülhməramlı qüvvələri içərisində erməni silahlı gücləri də yer almaq istəyir. Bunların hamısı Türkiyəyə qarşı atılmış addımdır, eyni zamanda Rusiya və İranla yaxınlaşma deməkdir. Azərbaycan bunları nəzərdən qaçırmamalıdır. Çünki Ermənistan yenə də öz xislətinə uyğun hərəkət edir”.
Professor bəyan edib ki, bugünlərdə Paşinyan iqtisadi islahatlar keçirəcəyini söyləyib:
"Azərbaycan tərəfi 2019-cu ili islahatlar, daha dəqiqi iqtisadi inqilab ili adlandırıb. İrəvan hökuməti də Ermənistanda iqtisadi "inqilab” edəcəyini vəd edir. Ancaq bu, mümkün deyil. Çünki Ermənistanın əlində resurslar yoxdur. İkincisi Ermənistanın investisiya və maliyyə potensialı yoxdur. Heç kim düşmən ölkəyə sərmayə qoymaq istəmir. Ona görə ki, Ermənistan işğalçı dövlətdir və sabitlikdən məhrumdur. İstənilən an Ermənistan qarışa bilər”.
C.Nuriyevin sözlərinə görə, Paşinyandan normal açıqlama gözləməyə dəyməz:
"Xüsusən, Prezidentin Real tv-yə müsahibəsindən sonra Paşinyan daha sərsəm bəyanatlar verməyə başlayacaq. Çünki cənab Prezidentin Dağlıq Qarabağla bağlı fikirləri dövlətin strateji planı idi. Sadəcə Paşinyanın dediklərini ciddiyə almaq lazım deyil. Baş nazirin sözləri auditoriyaya hesablanmış ifadələrdir. Paşinyan küçə siyasəti ilə məşğuldur. Küçə siyasəti isə heç vaxt kabinetə sığmır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi