İtaliyada Tolqay Arslan rüzgarı əsir





İlk matçdan sonra italyanlar, "Beşiktaş", "Milan"ı aldatdı. Tolqayı göstərib, Sousanı satdılar" zarafatı ilə çalxalanmışdı. Əvvəlki axşam isə "Napoli"nin çalışdırıcısı Sarri, "Ən bəyəndiyim ad Tolqaydı" deyərək bütün diqqətləri qürbətçi oyunçunun üzərinə çevirdi. Günün ən maraqlı şərhi isə şərhçi Mirko Taccoladan gəldi. Taccola,  "Poqba 120 milyon avro edirsə, bu Arslanın qiymətini söyləyin mənə. "Inter", Marioya 40 milyon avro verərkən bu türk uşağı bir dəfə olsun izləyiblərmi? İtaliyada transferləri kim edir? Kim bu işlərdən qaranlıq pullar qazanır" deyə üsyan edib.