"Romanın təkliflər irəli sürməsi və diplomatik fəallığı müsbətdir. Lakin münaqişənin həllinə təsir etmək imkanı yoxdur"
İtaliyanın Minsk formatından narazı olduğu bəllidir
20:01 03.02.2018
Arxiv
624
Ancelino Alfano indiki həmsədrlərin dəyişdirilməsini önə çəkmək istəyir
"Romanın təkliflər irəli sürməsi və diplomatik fəallığı müsbətdir. Lakin münaqişənin həllinə təsir etmək imkanı yoxdur"
"Romanın təkliflər irəli sürməsi və diplomatik fəallığı müsbətdir. Lakin münaqişənin həllinə təsir etmək imkanı yoxdur"
ATƏT-in hazırkı sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeganə mümkün format olmadığını bildirib. Bu bəyanatı Alfano rusiyalı həmkarı Sergey Lavrovla aparılan danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında səsləndirib. O bildirib ki, İtaliya ATƏT-in Minsk Qrupu həmsədrlərinin apardığı işi dəstəkləyir:
"Bununla belə, Minsk Qrupunun yeganə mümkün format olduğunu düşünmürük, lakin hesab edirik ki, bizim mövqe əvvəlki ATƏT sədri - Avstriyanın siyasətini davam etdirir. Bunu ədalətli hesab edirik”. Əslində Minsk Qrupunun vasitəçiliyindən vaz keçmək, əvəzinə başqa format yaratmaq ideyası dəfələrlə gündəmə gətirilib. Ancaq heç kim konkret olaraq hansı formatın daha effektiv olacağını deməyib. Bəs, İtaliya rəsmisi "Minsk yeganə format deyil” dedikdə başqa hansı formatı nəzərdə tutur? Məsələni "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, ATƏT-in yeni sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfanonun münaqişə ilə bağlı diplomatik fəaliyyəti və açıqlamaları Azərbaycanın ədalətli mövqeyinə əsaslanır. Ekspertin fikrincə, İtaliya daima bu məsələdə Azərbaycanın haqq işini müdafiə edib: "İtaliya rəsmiləri dərk edirlər ki, onların da ölkəsi istənilən vaxt separatizmlə qarşılaşa bilər. Bu baxımdan rəsmi Roma çalışacaq ki, ATƏT-ə sədrlik dönəmində diplomatik danışıqlar intensivləşsin və münaqişənin həlli ilə bağlı müəyyən müsbət irəliləyişlər olsun. Şübhəsiz ki, İtaliya rəhbərliyi anlayır ki, problemin həllində əsas irəliləyiş Rusiyanın birbaşa moderatorluğundan asılıdır. Minsk Qrupu hazırda Kremlin təklifləri əsasında hərəkət etdiyindən status-kvo qorunub saxlanılır. İtaliyalı sədr həmsədrlərin işinin effektli olmadığına eyham vuraraq əlavə format irəli sürüb. Yeni formatın nədən ibarət olduğunu dilə gətirməsə də, görünür, İtaliya indiki həmsədrlərin dəyişdirilməsini önə çəkmək istəyir. Yaxud münaqişənin həllinin BMT-nin mandatına verilməsi mesajını verir”.
Politoloq vurğulayıb ki, aydın açıqlama olmasa da, İtaliyanın Minsk formatından narazı olduğu bəllidir: "İtaliyanın münaqişənin real həllinə çalışdığını demək mümkündür. Ancaq təəssüf ki, İtaliyanın belə bir siyasi gücü yoxdur ki, tezliklə münaqişənin həllinə töhfə versin. Yəni təkliflər irəli sürməsi və diplomatik fəallığı müsbətdir. Lakin münaqişənin həlli Romanın xaricində olan məsələdir”.
Siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov isə "Şərq”ə açıqlamasında deyib ki, Minsk Qrupunun tərkibində hər hansı bir dəyişikliyin olacağını düşünmür:
"İtaliya son zamanlar Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra bəyanatlar verir. Təbii ki, münaqişənin nizamlanmasına nə qədər çox dövlət maraq göstərərsə, bir o qədər yaxşı olar. Son zamanlar dünyanın ayrı-ayrı nöqtələrində ardı-arası kəsilməyən münaqişə ocaqlarının, müharibələrin, vətəndaş qarşıdurmalarının baş verməsi Qarabağ münaqişəsini bir qədər arxa fona çəkib. Cənubi Qafqaz daima gərgin, münaqişəli region olub. Regiondakı münaqişələrin həlli Avropanın və Rusiyanın təhlükəsizliyi baxımından olduqca vacibdir. Lakin təəssüflər olsun ki, bu kimi münaqişələrdən müxtəlif dövlətlər biri-birlərinə təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycan sülhsevər dövlətdir, bütün qonşularla mehriban dostluq siyasəti aparır. Ancaq bizim xoş siyasətimizdən sui-istifadə etmək lazım deyil. Günlərin bir günü biz də ərazilərimizi terrorçulardan təmizləyəcəyik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm