Dövlət başçısı tərəfindən aparılan islahatlara dəstək baxımından ciddi müzakirələrin aparılması, aktual polemikaların təşkili, maraqlı tərəflərin iştirakı ilə diskusiyaların aparılmasına ehtiyac var
İTV hələlik gözləntiləri doğrultmayıb
08:39 24.01.2019
Arxiv
637
Sadəcə Xəbərlər proqramına və studiyalara bir az əl gəzdirilib
Dövlət başçısı tərəfindən aparılan islahatlara dəstək baxımından ciddi müzakirələrin aparılması, aktual polemikaların təşkili, maraqlı tərəflərin iştirakı ilə diskusiyaların aparılmasına ehtiyac var
Dövlət başçısı tərəfindən aparılan islahatlara dəstək baxımından ciddi müzakirələrin aparılması, aktual polemikaların təşkili, maraqlı tərəflərin iştirakı ilə diskusiyaların aparılmasına ehtiyac var
Milli İnternet Forumunun prezidenti Osman Gündüz AzTV və İTV-nin birləşdiriləcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib. Son dövrlərdə Prezident tərəfindən dövlət sektorunda optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi, büdcə xərclərinə qənaət istiqamətində atılan addımlar baxımından bu məsələnin daha da aktuallaşmasına diqqət çəkən Forum prezidentinin qeydinə görə, teleradio fəaliyyəti və İTV ilə əlaqəli qanunvericilik aktları müzakirə olunanda bu məsələ də ciddi müzakirə predmetinə çevrilib:
"Hazırda AzTV-də islahatların, müəyyən dəyişikliklərin aparıldığı bildirilir.
Təəssüf ki, İTV hələlik gözləntiləri doğrultmayıb. İTV-nin "qızıl dövrünü” indiyədək nəinki qaytarmaq, heç yaxınlaşmaq mümkün olmayıb. Yeni rəhbərlik gələndən, Yayım Şurası yenilənəndən sonra sadəcə Xəbərlər proqramına və studiyalara bir az əl gəzdirilib, vəssalam”.
Qanunvericiliklə İTV qarşısına qoyulan vəzifələrin icrası və prinsiplərə əməl edilməsi sahəsində ciddi problemlərin aktual olaraq qaldığını vurğulayan O.Gündüz hesab edir ki, plüralizm prinsipinə əməl etmək isə ümumiyyətlə yaddan çıxıb:
"Hərdən mənə elə gəlir ki, AzTV bu baxımdan daha öndədir. Hazırda dövlət başçısı tərəfindən aparılan islahatlara dəstək baxımından ciddi müzakirələrin aparılması, aktual polemikaların təşkili, maraqlı tərəflərin iştirakı ilə diskusiyaların aparılmasına ehtiyac var. Parlamentin, vətəndaş cəmiyyətinin və biznes sektorunun bu islahatlarda iştirakı və dəstəyi ilə bağlı, verə biləcəyi töhfələrlə bağlı efirdə faydalı bir şey tapmaq çox çətindir. Təəssüf ki, bu tip müzakirələr hələlik yalnız sosial mediada aparılır. AzTV və İTV-yə dövlət büdcəsindən xeyli vəsaitlər ayrılır. Ümid edirəm ölkədə KİV siyasətini müəyyən edənlər efir məkanının canlandırılmasına, dövlət büdcəsindən maliyyələşən TV-lərdə zəruri islahatların aparılmasına ciddi diqqət yetirəcəklər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm