Jirinovski pul üçün sərsəmləyir
21:16 07.02.2017
Arxiv
1183
O, Kremldən təlimat alıb, ona görə bu cür açıqlamalar verir
Rusiyada Liberal-Demokrat Partiyasının lideri, qalmaqallı siyasətçi Vladimir Jirinovski Kremlin mövqeyini təbliğ edən "Tsarqrad TV” kanalına müsahibə verib. Jirinovski keçmiş SSRİ respublikalarının Rusiyaya birləşdirilməsinin "sərfəli olacağını” əsaslandırmağa çalışıb. RLDP lideri keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də "öz-özünə həll olunacağını” deyib:
"Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası. Çarın vaxtındakı kimi”. Jirinovskinin sözlərinə görə, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı "xoşbəxt olacaqlar”: "Mən özüm Alma-Atada doğulmuşam, ora rus şəhəri, Rusiyanın forpostu olub, Asiyada ən sadiq forpostu. Qazaxlar isə ancaq alaçıqlarda yaşayıb qoyun otarırdılar, qoyun yunundan corab, sviter toxuyurdular, ət tədarük edirdilər və s. Hamısını korlayan bolşeviklər oldu, onlara zorla təhsil, mədəniyyət verdi, nəticədə axışıb gəldilər Rusiyaya”.
Jirinovskinin sərsəm ifadələrini "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu onun siyasətçi deyil, biznesmen olduğunu deyib. Ekspertin sözlərinə görə, Jirinovski pul qazanmaqla məşğuldur:
"Kim çox verirsə, onun sifarişini yerinə yetirir. Yəqin Kremldən təlimat alıb, ona görə bu cür açıqlamalar verir. Hamı yaxşı bilir ki, Jirinovski Kremlin "danışan dilidir”. O, təkcə Azərbaycanı yox, bütün qonşu dövlətləri hədələməklə məşğuldur. Qazaxıstanın ünvanına da alçaldıcı fikirlər söyləyir. Görünür, Rusiyanın yeni siyasətində müəyyən korrektələr var. Məhz ona görə keçmiş sovet ölkələrinin əleyhinə ifadələr səsləndirilir. Uzağa getməyək, bir neçə ay öncə Rusiya Prezidenti Putin dedi ki, "əgər Nazarbayev olmasaydı, Qazaxıstan dövləti yox idi”. Əslində bu ifadə Astanaya ciddi xəbərdarlıq mesajı idi. Yəni Putin demək istəyirdi ki, ölkənin siyasəti dəyişərsə, Ukrayna kimi onları da parçalaya bilər. Məlumdur ki, Qazaxıstanın 40 faizi rusdillidir. Şimal bölgələrdə müəyyən dairələr "Rusiya ərazisi” hesab olunur”.
Politoloq bildirib ki, eyni formada Jirinovskinin dili ilə Azərbaycanı da hədələməyə çalışırlar:
"Rəsmi Bakı müstəqil siyasət yürüdür. Jirinovskinin açıqlamasının Prezident İlham Əliyevin Brüssel səfəri ilə üst-üstə düşməsini təsadüfi saymıram. Rusiya rəsmiləri görürlər ki, son dövrlərdə Azərbaycan tərəfi Qarabağ məsələsinin həllində əzmkarlıq ortaya qoyur. Fikrimcə, belə yollarla Azərbaycana xəbərdarlıq mesajları yollayırlar. Ancaq Rusiya əlində 4-5 qarpız tuta bilməz. Gürcüstanı, Ukraynanı, Moldovanı parçala, Ermənistana dəstək ver, Qazaxıstanı hədəf seç, Avropa ilə üz-üzə gəl və s. Rusiya bütün cəbhələrdə savaş aparmağa çalışır. Təsəvvür edin, Moskvanın iki müttəfiqi var - Belarus və Qazaxıstan, amma ikisi də ondan ehtiyat edir. Belarus Prezidenti çıxışında Rusiyanı "yıxıb-sürüyür”. Çünki Rusiya onlara göz açmağa aman vermir, Belarus mallarını sərhəddə saxlayır, ölkədə hərbi baza yaratmağa çalışır. Eləcə də Qazaxıstan, baxmayaraq ki, Rusiyanın müttəfiqi sayılır, amma onlar da Kremlin bu siyasətindən narazıdırlar. Hesab edirəm ki, Rusiyadan çəkinmək lazım deyil. Biz öz siyasətimizi davam etdirməliyik və bu cür açıqlamaların cavabını dərhal verməliyik. Əgər hansısa amerikalı konqresmen belə sözlər işlətsəydi, rəsmi şəkildə ona etiraz edilərdi. Jirinovskiyə də sərt formada etiraz edilməlidir ki, yerini bilsin”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol