Jurnalist Prezidentə müraciət etdi
10:36 18.07.2019
Arxiv
519
Füzuli rayonundan məcburi köçkün, 12 ildir mətbuatda fəaliyyət göstərən jurnalist Ramid İbrahimov prezident İlham Əliyevə müraciət edib.
Bizimyol.info-ya açıqlamasında jurnalist bildirib ki, o, dövlət başçısına etdiyi müraciətdə gənc məcburi köçkün ailəsi olduğunu, özünün və həyat yoldaşının Bakıda işlədiyini, eləcə də burada ağır sosial durumda kirayələrdə yaşadığını vurğulayıb.
“Dövlət başçısına etdiyim müraciətdə bizim hərbi təcavüz nəticəsində öz doğma torpağımızdan didərgin salındığımızı, uzun illər ağır vəziyyətdə olan müvəqqəti yaşayış yerlərində məskunlaşdığımızı, öz hesabımıza ali təhsil aldığımızı və məşğulluq problemimizi özümüzün həll etdiyini qeyd etdim.
Müraciətimdə məcburi köçkün olaraq Şirvan şəhərində qeydiyyatda olduğumuzu, amma uzun illərdir Bakıda işlədiyimizi və ehtiyacımızı vurğulayaraq, məcburi köçkünlər üçün Bakı şəhəri və ya Abşeron rayonu ərzasisində inşa olunmuş yaşayış binalarından birində ailəmizə mənzil ayrılmasına göstəriş verməsini xahiş etdim”,-deyə jurnalist bildirib.
R.İbrahimov qeyd edib ki, 12 ildən artıqdır jurnalist olaraq çalışır, sosial müdafiə, sosial siyasət və sosial-iqtisadi mövzularda araşdırmalar, müsahibələr və reportajlar hazırlayır: “Əmək fəaliyyətim davam etdirməklə yanaşı ixtisaslaşmaq məqəsdi ilə jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən layihələrdə mütəmadi iştirak etmişəm.
Uzun illərdir Bakıda yaşadığımız və işlədiyimiz üçün bizim həyatımız paytaxtla bağlıdır. Məşğulluq problemini həll etsək də, mənzil problemindən əziyyət çəkirik. Kirayə haqqını vaxtında ödəyə bilmədiyimiz üçün daimi bir yerdə kirayədə qala bilmirik”.
Jurnalist qeyd edib ki, 11.06.2019-cu il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbulunda olub: “Sədrə şifahı və yazılı şəkildə müraciət etdim.
O, şəxsən təqdim etdiyim müraciətimi Komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyaya yönəltdi. Həmin komissiyadan mənə standart cavab verilib. Cavabda mənim adımın mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısında olduğu qeyd olunub.
Amma harada? Bəli, mən müvəqqəti qeydiyyatda olduğum Şirvan şəhəri üzrə mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısında varam. Mən isə müraciətimdə bizim Bakıda işlədiyimizi və yaşadığımızı vurğulayaraq, mənzilin Bakı və ya Abşeron rayonu ərazisində verilməsini xahiş etmişdim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət
Toyuq əti də bahalaşdı - VIDEO
10:08 02.10.2026
İqtisadiyyat
Türkiyədə Eyüpsultan bələdiyyəsinin sədri saxlanılıb
10:01 02.10.2026
Hadisə
Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
09:25 02.10.2026
Hadisə