"Jurnalistika maraq hissi ölüm hissini üstələyənlərin yeridir " - Qənirə Paşayeva
13:47 13.11.2017
Arxiv
431
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dəvəti ilə gənc jurnalistlərlə görüşən millət vəkili Q.Paşayeva bu təşəbbüsün müəlliflərinə təşəkkürünü bildirib. Fakultənin dekanı Vüqar Zifəroğlu və müəlliməsi Aygün Əliyeva bu cür görüşlərin böyük əhəmiyyətindən danışıblar və millət vəkili Q.Paşayevaya dəvəti qəbul etdiyi üçün təşəkkür ediblər. "Jurnalist olmaq istəyən gənclərlə görüşü çox maraqlı və önəmli hesab edirəm",- deyən millət vəkili Q.Paşayeva ilk öncə gənclərdən onları jurnalistikaya gətirən səbəblərlə maraqlanıb. Özünün jurnalist fəaliyyəti ilə bağlı bir sıra təcrübələrini gənc jurnalistlərlə bölüşən millət vəkili Q.Paşayeva jurnalist olmaq istəyən şəxsdə maraq hissi o qədər güclü olmalıdır ki, müharibə bölgələrində çalışanda ölüm hissini, hər addımda yanınızda olan ölüm təhlükəsini belə unutdura bilsin deyib. "Jurnalistika bir sevdadır, yanğıdır, fədakarlıqdır",- deyən millət vəkili Q.Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb.
"Sherg.az"ın xəbərinə görə, Q.Paşayeva Vətən sevgisi örnəyi barədə danışaraq "hansı sahədə olursa-olsun öz işini ən yaxşı edən ən yaxşı vətənpərvərdir, çünki işindən vətənə ziyan yox, xeyir dəyir" deyib. "Vətənpərvərlik sözdə deyil, əməldə olur",- deyən millət vəkili Q.Paşayeva gəncləri gecə-gündüz yorulmadan oxumağa, öyrənməyə və yaxşı peşəkarlar kimi yetişməyə çağırıb. O, bildirib ki, hər zaman yaxşı jurnalistlərə cəmiyyətin ehtiyacı olacaq. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır",- deyən millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Millət vəkili gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və coğrafiyasını yaxşı öyrənməyə çağırıb. "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb və geniş fikir mübadiləsi olub. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllifi olduğu kitabları tələbələrə imzalı hədiyyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə