“Karantin qaydalarına riayət etmək vacibdir”
Şəymən Bayramova
12:24 16.09.2020
Arxiv
1104
"Həftəsonu ictimai nəqliyyatdan istifadənin yasaqlanması, qapalı məkanlarda yaxın qohumların iştirakı ilə toy, ad günü keçirməyin qadağan olunması absurd qərardır. Burdakı məntiqi anlaya bilmirəm. Niyə belə düşünürlər, bu cür qərarlar verirlər həqiqətən anlamıram".
Bu sözləri "Sherg.az"a həkim Qalib Əsədov deyib.
Mütəxəssisin fikrincə karantin qaydalarına müntəzəm riayət olunsa, təcrid olunmağa ehtiyac qalmayacaq:
"Sadəcə, qapalı mühitdə maska taxmaq, fiziki məsafəni gözləmək, əllərin dezinfeksiyasına mütəmadi diqqət etmək kimi davranışlara düzgün şəkildə riayət etmək vacibdir.
Karantin məhdudiyyətlərini uzatmaqla insanları əyləncədən, əzizlərinin xeyir-şərindən məhrum etmək düzgün deyil.
Necə olur ki, yad adamlar restoranlarda otura bilər, amma yaxın qohumlar birləşib bir yerdə otura bilməz.
Onsuz da bu adamlar bir- biri ilə daim təmasdadur. Virusa yoluxmanın çox az olduğu rayonlarda belə toy etmək qadağandır. Bunun nə mənası var ki? Bugünkü qərarlar əhalinin demoqrafik göstəricilərinə ciddi təsir edəcək.
Artıq sosial həyatın bütün sahələrini fəallaşdırmaq, toy şənliklərini bərpa etmək lazımdır. Vağzalı sədaları altında qız köçürüb, gəlin gətirmək hər bir valideynin arzusudur.
Gənclər illərlə toy günün xəyalını qurur, sevib -sevdikləri şəxslə evlənib, sevinclərini əzizləri, dost-tanışları ilə bölüşmək istəyir. Amma 6 aydan çoxdur ki insanlarımız bu xoşbəxtlikdən məhrum edilib.
Virusun ən kəskin yayıldığı ölkələrdə belə bu cür sərt karantin qaydaları tətbiq edilib, insanları toydan, əyləncədən məhrum etmədilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya