Keçəl başa dəvə dərisi niyə sarınıb? - İnanılmaz işgəncə üsulları...

Osmanlı dövründə min cür işgəncə üsulları, xüsusilə də vətən xaini və ya müharibədə əsir alınmış düşmənlərə tətbiq olunurdu.
O dövrdə hər kəs tərəfindən bilinən və tez-tez tətbiq olunan işgəncənin adı Mankurt üsulu olaraq xatırlanır.
Üsul o dövrün ən məşhur işgəncələrindən biri kimi qeyd edilir…
Mankurt söz olaraq, man kökündən əmələ gəlib və man ağılını itirmək, ağıl məhrumluğu kimi mənalar verir.
Mankurt işgəncəsi, ilk olaraq işgəncə ediləcək adamın başının tamamilə qırxılmasıyla başlayır.
Daha sonra adamın başına yaş dəvə dərisi, bütün başı bürüyəcək bir şəkildə örtülür. Sonra işgəncə edilən adam, isti səhrada qızğın günəş altında bir neçə gün saxlanır.
Bu şəkildə, istinin də təsiriylə dəvə dərisi getdikcə büzülər və gərginləşər. Zaman keçdikcə baş dərisi ilə birləşən dəvə dərisinə, altdan çıxmağa başlayan saç tükləri də batmağa başlayır.
Ancaq dəri o qədər sərtləşər ki, uzanan saçlar dərini deşib çölə çıxa bilməz. Beləcə, uzanan saçlar çölə doğru deyil,  tərs dönərək başın içinə doğru yönələr. Uzanan saçların başı deşib beynə batması ilə adam çox şiddətli və dözülməz ağrılar çəkməyə başlar.
 Bu ağrılar elə şiddətlidir ki, bir müddət sonra işgəncə edilən adam ağılını və yaddaşını itirir. Nə ətrafındakı hadisələri sağlam bir şəkildə mühakimə edə bilər, nə də daha əvvəl tanış bir adamı tanıya bilər. Beyin funksiyalarını və düşünmə bacarıqlarını itirər.
Bu ağlasığmaz işgəncədəki ana məqsəd, adamın bir Mankurta, yəni şüursuz bir köləyə çevrilməsidir.