Keçidlərdə piyadalar üçün olan yaşıl işığın müddətinin azlığına etiraz...






"Yerüstü piyada keçidlərində işıqforun yanma müddəti hərəkət intensivliyinə görə təyin edilir”.

Bu barədə "Sherg.az”a bəzi piyada keçidlərində piyadalar üçün qoyulmuş yaşıl işığın müddətinin azlığından danışarkən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. 

Ekspertin sözlərinə görə, elə yollar var ki, piyadalar üçün yaşıl işıq uzun müddət yandıqda tıxac yaranır:

"Məsələn, Bakı Dövlət Universitetindən qalxdıqda, Mətbuat Prospektində hərəkət intensivliyi nəzərə alınaraq, işıqforun yanma müddəti 20-25 saniyə nəzərdə tutulub. Piyadalar üçün tətbiq edilən bu müddət uzadılsa, prospektdə tıxac yaranacaq. Belə yollarda piyadaların narazılığını təmin etsək, sürücülər etiraz edəcək.

Qoşa yollarda piyadalar üçün yerüstü keçidin uzunluğu təxmini 16-18 metrdir. Dəstə halında yolu keçən piyadalara 15-20 saniyə kifayət edir. Bu baxımdan, hərəkətin intensiv olduğu küçələrdə yerüstü piyada keçidlərinin işıqforun vaxtının uzadılmasına ehtiyac yoxdur”.

Aysel Aslan