“Kənddən Şəhərə” yarmarkalarında qurbanlıq qoyunlar bu qiymətlərə satılır
10:46 12.08.2019
Arxiv
572
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları təşkil edib.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkalarının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə təmin etmək, istehlakçıların seçim imkanlarını artırmaq, bayramla əlaqədar möhtəkirlər, ayrı-ayrı fərdlər tərəfindən baş verə biləcək süni qiymət artımının qarşısını almaqdır.
Bu məqsədlə “Kənddən Şəhərə” yarmarkalarında satışa çıxarılacaq heyvanlar çəkisinə uyğun olaraq vahid qiymətə - 160, 170 və 180 manata satılacaq. Ümumilikdə yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlər tərəfindən 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb.
Bayram zamanı qurbanlıq heyvanlara olan tələbatın bir hissəsi vahid qiymətə satılacaq qoyunlar hesabına təmin ediləcək, bununla da süni qiymət artımı cəhdlərinin qarşısı alınmış olacaq.
Mütəmadi olaraq xarici ölkələrin təcrübələrindən və müasir innovasiyalardan yararlanan qurum tərəfindən vətəndaşlara qurbanlıq qoyunları onlayn sifariş etmək və növbə götürmək imkanı yaradıb. Bu ildən tətbiq edilən onlayn sifariş mexanizmi https://kenddenshehere.az/qurbanliq saytı üzərindən qəbul olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi