Kim Jong Una "siqaret çəkmə" dəyincə…

Cənubi Koreyada Azad Koreya Partiyasının yığıncağında danışan təhlükəsizlik mütəxəssisi Nam Sung Wook, Şimali Koreya lideri   Kim Jong Unun 15 yaşında olarkən sevgilisiylə apardığı telefon danışıqlarından söz açıb.  
Şimali Koreya liderinin hələ 15 yaşında İsveçrədə oxuyarkən siqareti atmasını  istədiyini söyləyən sevgilisinə qışqıraraq söydüyünü qeyd edən Wook, bu hadisənin Kim Jongun həmişə asan əsəbiləşən bir yapısı olduğuna dəlalət etdiyini söyləyib.
Təhlükəsizlik mütəxəssisi, son dövrdə verdiyi nüvə əmrləriylə diqqət çəkən Şimali Koreya lideriylə əsəbi olduğundan müzakirənin mümkün olmayacağını, onu dayandırmaq üçün ən yaxşı yolun "təsirsiz hala gətirmək" olduğunu bildirib.
Wook, hadisədən  şok olan qızın adını söyləməyib. Ancaq bu an 33 yaşında və Ri Sol-jhu ilə evli olan Kim Jong Un Şimali Koreyalı pop ulduzu Hyon Song-wol ilə keçmişdə sevgili olduqları və bu hadisənin digər aktyorunun o olduğu iddia edilir.