"Kiminsə pensiya yaşının çox olmasından narazılığını görməmişəm"
10:27 03.03.2017
Arxiv
2293
"Cəmiyyətdə pensiya yaşının 65-ə çatdırılmasına münasibət birmənalı deyil. Kimlərsə pensiya yaşının artırılmasının əleyhinə kəskin çıxış edərək, bunu vəsaitlərə qənaət etmək məqsədilə hökumətin atdığı addım kimi dəyərləndirlər”.
Bu sözləri "Şərq”ə açıqlamasında sabiq maliyyə naziri, hazırda "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov deyib.
F. Yusifovun sözlərinə görə, bu gün bütün dünyada qeydə alınan ənənə ondan ibarətdir ki, əksər ölkələrdə bu yaş artırılır və ya onun müəyyən bir dövrdə tədricən artırılması nəzərdə tutulur:
"Bu ənənənin həqiqətən belə olduğunu görmək üçün müxtəlif ölkələrdə pensiya yaşının vəziyyəti ilə yaxından tanış olmaq lazımdır. İnformasiya əsrində həmin məlumatları hər kəsin əldə etməsi mümkündür. Bu gün böyük əksəriyyət ölkələrdə pensiyaya çıxmaq üçün 65 yaş müəyyən olunub. Düzdür, bəzi ölkələrdə bu yaş bir qədər aşağıdır, ancaq həmin ölkələrin də əksəriyyəti onu artırmağı nəzərdə tuturlar. Azərbaycana gəldikdə, bu məsələ ilə bağlı şəxsən müşahidə etdiyim məqamlara söykənərək bəzi fikirlərimi söyləmək istəyirəm. Heç vaxt kimdənsə pensiya yaşının çox olmasından narazılıq etdiyini görməmişəm. İllərlədir mənə bu məsələ ilə bağlı müraciət edən müəllimlər, həkimlər, dövlət qulluqçuları və başqa kateqoriyadan olan işçilər, onlara pensiya yaşı çatdığı zaman işlədikləri müəssisələrdə bir neçə il də qalıb çalışmaları üçün kömək göstərmək xahişi ediblər”.
Sabiq maliyyə naziri pensiya yaşının artırılmasının əleyhinə çıxış edənlərə tövsiyyə edir ki, bu gün pensiya yaşına çatmış həkim, müəllim, dövlət qulluqçuları arasında bir sorğu keçirib onlara belə bir sual versinlər – "Siz 63 yaşında pensiyaya çıxmaq istəyirsinizmi?”
: "İnandırıram ki, 100 haldan 98-də insanlar işdə qalıb çalışmaq istəyəcəklərini deyəcəklər. Belə olan halda pensiya yaşının 65-ə qaldırılması nə üçün bu qədər qıcıq yaratmalıdır?”
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm