Qurtuluş Savaşı zamanı Şərq Cəbhəsində olduqca böyük işlərə imza atan və döyüşlərin qazanılmasında müstəsna rol oynayan Kazım Karabekirin tək əhəmiyyətli xüsusiyyəti komandirliyi deyildi. Eyni zamanda böyük döyüşlərdən çıxaraq haradasa yıxılmış bir ölkənin yetim qalan uşaqlarıyla da xüsusi olaraq maraqlanıb, işlər görürdü.
Kazım Karabekir Şərq Cəbhəsinə gəldiyi ilk gündən etibarən ictimai, mədəni və təhsil sahəsində fədakarlıqlar göstərdi. Ən çox üzərində dayandığı məsələ isə döyüşlərdə ailələrini itirən minlərlə yetim uşağın təkrar həyata qazandırılması idi.
İlk addım 1919-cu ildə
Kazım Karabekir Ərzuruma keçərkən Bayburtda yol üstündə qarşılaşdığı kimsəsiz uşaqların Ərzuruma köçürülməsi əmrini vermişdi. Beləcə bu böyük proyektin ilk addımı atılmış oldu. Bu proyektin əsas əhəmiyyətli olan qisimi isə Ərzurumda reallaşacaqdı.
Baxılmağa möhtac 50 minə yaxın uşaq
Kazım Karabekir Şərq Cəbhəsinə gəldiyi ilk günlərdə 50 minə yaxın baxıma möhtac uşaq olduğunu müəyyənləşdirmişdi. Bu uşaqlar küçələrdə, ağac koğuşlarında, mağaralarda, ağac yarpaqları və ot yeyərək həyatda qalmağa çalışan səfil cocuqlar idi.
Yalnız Ərzurum ətrafında 6 min uşaq
4 mini oğlan, 2 mini qız olmaqla yalnız Ərzurum ətrafında 6 min yetim uşaq Kazım Karabekir tərəfindən küçələrdən, ya da baxa bilməyəcək vəziyyətdə olan qohumlarından alındı və bu uşaqlara Gürbüz Uşaqlar Ordusu adı verildi.
Həm hərbi təhsil, həm sənət təhsili
Bu uşaqlara xizək də daxil olmaqla, hərbi təhsillə bərabər bir çox sahələrdə sənət təhsili də verildi.
Kazım Karabekir "Uşaq İddiam” dediyi mövzuda ciddiliyini göstərmək və Mustafa Kamalın dəstəyini ala bilmək üçün uşaqların bir qisimini Ankaraya apardı.
Tarixçi Camal Kutay Atatürkün bu uşaqlardan çox təsirləndiyini söyləyərək bunları deyir:
"Atatürk, Kırklareli millət vəkili Dr. Fuad Umayı şəxsən bu uşaqların təhsili və sağlamlığıyla maraqlanması üçün vəzifələndirdi. Lətifə xanım isə bu uşaqlarla maraqlanmağı ülvi bir vəzifə kimi qəbul etdi; təhsilləri və qayğıları ilə şəxsən maraqlandı. Karabekir Paşa bu uşaqları Ankaraya Paşanın hüzuruna gətirərkən məqsədi bütün ölkədəki yetimlərə və kimsəsiz uşaqlara diqqət çəkərək onların təhsilini təmin edəcək məktəblər qurdurmaq idi. Məqsədinə də çatdı. Onun qurduğu sənaye məktəbləri indiki peşə liseyləridir."
Yalnız türk deyil, erməni uşaqlar da mühafizə altına alındı
Qoruma altına alınan 6 min uşağın arasında yalnız türk uşaqları yox idi. Kimsəsiz qalmış erməni uşaqları da qoruma altına alınmışdı. Hətta bəzi erməni uşaqları türk ailələrin uşaqları kimi göstərilərək hərbi məktəblərdə təhsil gördü.
"İrqçi bir hərəkət deyil"
Dövrün şahidi, tarixçi Camal Kutay isə bunlarə söyləyir: "Din və milliyyət fərqi güdmədən bütün yetimləri yığdı və türk forması geyindirdi. Oğlan, qız bütün yetimləri aydın, məlumatlı, ölkəsini sevən bir vətən övladı kimi yetişdirdi. Onlar yalnız orduda iştirak etmədilər, müxtəlif peşə sahibi olmaları üçün məktəblər açdı."
Camal Kutay sözlərinə belə davam edir: "Dörd min uşağa atalıq edən, o uşaqlar üçün həyəcanlanıb gözləri yaşaran bir əsgər. Bu mövzuda da ən böyük dəstəkçisi, ona hər vaxt güvənən Mustafa Kamal Atatürk idi. 1908 - 1919 illər arasında 10 il boyunca üç böyük döyüş görən Türkiyədə, Anadolu sanki yoxsullar və yetimlər məmləkəti olmuşdu. Küçədə haradasa oğlan uşağı qalmamışdı. Karabekir Paşa qurduğu məktəblərdə yetişən uşaqlardan ən az iki adamın kəndlərə gedərək eyni ruhu daşıması və digər kəndliləri də öyrətməsini istəmişdi. Kənd institutlarının fikir təməlini o yaratmışdı".
Hər nə qədər kimsəsiz uşaqlara sahib çıxıb, onları həyata inteqrasiya etmək kimi bir məqsədi olsa da, bu vəziyyət bəzi dairələrə görə, asimilyasiya siyasəti kimi xarakterizə edilirdi.
"Gürbüz Uşaqlar Ordusunda ermənilər yox idi"
Bir neçə il əvvəl qəzetlərin birinə danışan Kazım Karabekirin qızı Timsal Karabekir isə belə şərh vermişdi: "Kazım Karabekir üçün bu uşaqların hansı irqdən olduğu deyil, övlad olmaları əhəmiyyətli idi. Bununla belə bu günləri görərək erməni uşaqları əsla türklərin arasına qatmamışdır. Gürbüz Uşaqlar Ordusuna alınan uşaqlar müəyyən olmuşdu, ermənilər yox idi."
Timsal Karabekir bu sözləri dilə gətirir: "İnanılması həqiqətən zor, amma o günün şərtlərində kinoçuluq, dəmiryolu, buxar maşını təmiri təhsilləri də verilirdi. Hətta uşaqlar kiçik əməliyyatları edə biləcək vəziyyətə gəlmişdi. Orduya qırışın, paltar tikərək də fayda verirdilər. Bu gün belə məşhur olmayan idman növlərində təlim alırdılar."
Son nəfəsinə qədər küçə uşaqları üçün çalışdı
Timsal Karabekir 2000-ci ildə "Milliyyət” qəzetinə verdiyi açıqlamada belə deyir: "Atamın üç qızı və yanında minlərlə uşağı vardı. Son nəfəsinə qədər onlarla yazışdı, dərdlərinə, sevinclərinə ortaq oldu. Millət vəkilliyi əsnasında, küçə uşaqları ilə əlaqədar qanunu məclisdən keçirməyə çalışarkən infarkt keçirərək həyatla vidalaşdı. Onun uşaqlarla əlaqədar çalışması, bu gün yaşadığımız uşaq problemlərinə yardım edə bilər."
Turan