"KİVDF-ə ayrılan maliyyə yardımı artırılacaq" - Aqil Abbas
14:27 13.11.2017
Arxiv
786
"Dəqiq rəqəm yadımda deyil, amma bu ilin büdcəsindən mətbuata ayrılan maliyyə yardımı artırılıb"
"Mətbuata dövlət tərəfindən kifayət qədər deyə bilmərəm, amma müəyyən qədər pul ayrılıb”.
Bunu "Sherg.az”a millət vəkili Aqil Abbas deyib.
Deputat bildirib ki, bu il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılan maliyyə yardımı bir qədər artırılacaq:
" Mətbuata imkan daxilində pul ayrılır. Bu, dünya da mövcud olmayan bir təcrübədir. Dəqiq rəqəm yadımda deyil, amma bu ilin büdcəsindən mətbuata ayrılan maliyyə yardımı artırılıb.
Bir ziyalı kimi istəyərəm ki, müəllimlərə və həkimlərə, xüsusilə müəllimlərə lazımi maaş verilsin. Müəllimlərin maaşlarının artırılmasına hamımız çalışmalıyıq. Lakin bir məsələni yaddan çıxarırlar. Biz 25 illik müstəqillik tarixi olan dövlətik. Gücümüz, büdcəmizin imkanları yetdiyi qədər maaşları, təqaüdləri, mətbuatın yardımlarını artıra bilərik.
Kimisə o birindən artıq tutmaq lazım deyil. Azərbaycan demokratik ölkədir, ona görə, hər kəsə fəaliyyətinə, əməyinə görə maaş verilməlidir. Yəni, "Mən Aqil Abbasam, deputatam mənə çox pul verməlisiniz” deyə bir şey yoxdur.
Bu cür yanaşma düzgün deyil. Hər kəs gördüyü işin müqabilində, zəhmətinə uyğun maaş almalıdır. Bu gün biz bunu verə bilmiriksə, iqtisadi problemlərimiz, müharibə şəraitində yaşamağımız və s. buna mane olur. Bütün bunları da nəzərə almalıyıq".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə