Kiyevdə ara yenidən qarışdı




Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar.

APA-nın "112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, etirazçılar yaxın müddətdə daha bir çadırın qurulacağını bildiriblər.

Hadisə yerinə polis və Milli Qvardiyanın əsgərləri cəlb edilib.