KOBİA-nın nümayəndələri Rusiyada səfərdə olub
15:12 12.02.2019
Arxiv
595
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Rusiya Federasiyasının Moskva şəhərində səfərdə olub.
Agentlikdən "Sherg.az"a verilən məlumata görə, səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Moskva hökumətinin naziri – Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeryomin ilə görüşüb.
Görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib, 2019-cu ilin birinci yarısında S.Çeryominin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
"Opora Rossii” Kiçik və Orta Sahibkarlığın Ümumrusiya İctimai Təşkilatının vitse-prezidenti Nikolay Dunayev ilə keçirilmiş görüşdə kiçik və orta sahibkarlığın inkişafı sahəsində "Opora Rossii” təşkilatının təcrübəsinin KOBİA üçün maraqlı olduğu vurğulanıb, Azərbaycan ilə Rusiya arasında keçiriləcək forumlar çərçivəsində dəyirmi masaların təşkili müzakirə edilib, təşkilatın nümayəndələri ölkəmizə səfərə dəvət olunub.
Yaponiyanın Rusiya və MDB ölkələri ilə Ticarət Assosiasiyasının (ROTOBO) Moskva nümayəndəliyinin rəhbəri Saito Daisuke ilə görüşdə isə Azərbaycan ilə Yaponiya arasında kiçik və orta sahibkarlığın inkişafı sahəsində mümkün əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, Azərbaycanda saibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi